"Ermənistanın milli statistika xidməti ölkədə mövcud iqtisadi tənəzzül barədə məlumatları dərc edib, xüsusilə kənd təsərrüfatı sahəsində. Söhbət Ermənistan üçün bu günə qədər görünməyən 7-8 fazilik tənəzzüldən gedir". SİAxəbər verir ki, bu barədə ölkənin lragir.am informasiya saytı yazır.Sayt baş verənlərdə əsas günahkar kimi prezident Serj Sarkisyanla yanaşı, baş nazir Karen Karapetyanın da adını hallandırıb. Belə ki, erməni saytının yazdığına görə, Karen Karapetyan baş nazir postuna təyin olunarkən əla piar-start götürüb. Lakin onun öz fəaliyyət istiqamətini inhisarçılarla mübarizəyə həsr edəcəyi ilə bağlı bəyanatlarına, hətta odioz nazirlərin istefaya göndərilməsinə baxmayaraq, o istənilən nəticələri hasil edə bilməyib.
"Xarici borclar artaraq ÜDM-i üstələməkdədir"
"Əksinə, iqtisadi göstəricilər stabil şəkildə aşağı düşür. Karapetyanın özünün də "Bloomberg"ə dediyi kimi, Ermənistanın xarici borcu 5,8 milyard dolları təşkil edir, ÜDM isə 10 milyard dollardır və xarici borclar artaraq ÜDM-i üstələməkdədir"- deyə "lragir.am"ın analitik şöbəsi qeyd edir.
Bildirilir ki, son iki ayda ciddi addımlar atılmayıb və heç nə dəyişilməyib və hökumət lazımi tədbirlərə getməyib."Kimsə bunu hökumətin təşəbbüslərinə qarşı baryer qoyan, o cümlədən, hökumət üzvlərini bizneslərində sabotaj etməklə hədələyən inhisarçı oliqarxların müqaviməti kimi qiymətləndirir, bəziləri isə deyirlər ki, Serj Sarkisyan Karen Karapetyanı elə də ciddi dəstəkləmir"-yazan erməni saytının yazdığına görə, yeni hökumət qurularkən, prezident onu dəstəkləyəcəyi barədə deklarasiyaya imza atmışdı: "Sarkisyan Karapetyana hakimiyyəti tam olaraq təhvil verib və bununla da baş verən istənilən uğursuzluğu öz üzərindən baş nazirin boynuna qoyub".
"Karapetyanın Respublika partiyasına "qəbul olunması", daha dəqiqi isə üzv yazılmaması nəyinsə hamar getmədiyinin göstəricisidir"
"Ekspertlər deyirdilər ki, Karen Karapetyan seçkilərə qədər nəninki Ermənistanı ayaqda saxlamalı, o cümlədən seçkilərdən sonra da ölkənin baş naziri postunda qalmasını təmin etməlidir"-deyə yazan erməni saytında qeyd olunur ki, Ermənistanda bu ssenarini məhv etməyə kifayət qədər güclər var: "Bütün mənalarda K.Karapetyanın Respublika partiyasına "qəbul olunması", daha dəqiqi isə üzv yazılmaması nəyinsə hamar getmədiyinin göstəricisidir. Karen Karapetyan hökumətinin istefası kimin əlinə oynaya bilər? Nəzərə alınsa ki, oyun elə birinci dəfədən pozulub,onda bu kimi variantı həyata keçirmək mümkündürmü? Hökumətin ordu üçün "1000 dram" təşəbbüsü, eləcə də birləşmiş erməni-rus hərbi qruplaşması haqqında əldə edilən razılaşma cəmiyyətdə heç də pozitiv reaksiya ilə müşahidə olunmadı".
sia.az