"İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrliyi müddətində Dağlıq Qarabağ daxil olmaqla "dondurulmuş" münaqişələrin nizamlanması prioritet təşkil edəcək". SİA-nın məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonu deyib. Diplomat İtaliyanın xarici işlər naziri Paolo Centiloninin bu günlərdə Azərbaycana etdiyi səfərə toxunub və Bakıda keçirilən danışıqların uğurlu olduğunu əlavə edib.Onun sözlərinə görə, tərəflər iqtisadi, mədəni, həmçinin beynəlxalq müstəvidə əməkdaşlığa dair konstruktiv müzakirələr aparıblar: "Azərbaycanla İtaliya arasında belə təmaslar davamlı prosesə çevrilib. Demək olar ki, hər iki üç aydan bir hökumət dairələri arasında görüşlər baş tutur və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunur".
sia.az