Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası xəbər agentlikləri arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdi.Bu fikri Hindistanın PTI xəbər agentliyinin baş direktoru Venki Venkateş AZƏRTAC-a müsahibəsində səsləndirib."Tədbirlərdə dünyanın hər yerindən aparıcı xəbər agentliklərinin nümayəndələri iştirak edirdi. Biz Bakıda yüksək səviyyədə təşkil olunan konqresdə təcrübələrimizi paylaşdıq, gələcək əməkdaşlığın bünövrəsini qoyduq", - deyə V.Venkateş vurğulayıb.Təşkilatçılara minnətdarlığını bildirən hindistanlı qonaq AZƏRTAC-ın Dünya Xəbər Agentliklərinin V Konqresinə uğurla sədrlik edəcəyinə əminliyini diqqətə çatdırıb.
AZƏRTAC