"Rumıniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf etməkdədir". SİA-nın məlumatına görə, bunu bir qrup jurnalistlə görüşü zamanı Rumıniyanın Azərbaycandakı yeni səfiri Dan İanku deyib. O bildirib ki, ötən üç il ərzində ikitərəfli ticarət dövriyyəsində möhkəm artım olub: "Ötən il ticarət dövriyyəsinin həcmi 161,3 milyon dollar təşkil edib, bu, 2014-cü illə müqayisədə 13 faiz çoxdur. SOCAR-ın Rumıniyadakı filialı bazarda fəaliyyətini genişləndirməkdədir".
Diplomat bildirib ki, Rumıniya və Azərbaycan 2009-cu ildə ikitərəfli Strateji Tərəfdaşlıq çərçivəsində inkişaf edən çox sıx və ənənəvi dostluq münasibətlərinə malikdir: "Bu illər ərzində Rumıniya Prezidentinin Bakıya səkkiz səfəri, Azərbaycan Prezidenti İlham Əliyevin isə Buxarestə beş səfəri olub. İki ölkə parlamentlər, XİN-lər, eləcə də digər hökumət orqanları arasında geniş dialoqu və əməkdaşlığı inkişaf etdirir".
sia.az