PDF Oxu

Siyasət

  • 17

Jurnalistlər üçün treninqin açılışı olub

Jurnalistlər üçün treninqin açılışı olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi ( QMİ) və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda təşkil olunan treninqin açılışı keçirilib.SİA-nın məlumatına görə, tədbirdə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, treninqi təşkil etməkdə məqsəd din xadimləri ilə jurnalistlər arasında münasibət yaratmaqdır: "Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, belə bir treninq təşkil olunur. Kursları təşkil etməkdə məqsədimiz jurnlistlərin köməyindən faydalanmıqdır. Hər bir çətinlikdə birlikdə olmalıyıq. Gələcəkdə "Şeyxülislam" mükafatı təsis etmək niyyətimiz var. Din sahəsində yaxşı yazan jurnalistləri mükafatlandırmaq lazımdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə dindarlar üçün moziə kitabı hazırlanacaq".Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, Azərbaycanda dövlət hər zaman dinin yanındadır: "Din məsləsi çox həsas məslədir. Vaxtilə ölkələri başqa-başqa vasitələrilə işğal edənlər hazırda həmin işğal planlarını din pərdəsi altında həyata keçirməyə çalışırlar. Ona görə də bu sahədən yazan insanlar çox yaxşı məlumatlı olmalıdırlar". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, mətbuat nümayəndələrinə dini mövzuda treninq keçirilməsində məqsəd bu mövzuda yazan jurnalistlərlə bir araya gəlmək və onlarla mövzu ətrafında müzakirələr aparmaqdır: "Dini mövzuda yazan jurnalist bu sahədə hərtərfli bilgiyə sahib olmalıdır. Kurs davamlı olacaq".Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə əlavə edib ki, gələcəkdə başqa jurnalistlər də kurslara cəlb olunacaq. Qeyd edib ki, bu ideya dini mövzuda yazılmış yazılarda problemlərin qarşısnı alacaq.Tədbir sonda diskussiya şəklində davam etdirilib.

sia.az

Digər xəbərlər