PDF Oxu

Siyasət

  • 15

"Nəqliyyat infrastrukturuna 20 milyard dollardan çox investisiya qoyulub"

"Nəqliyyat infrastrukturuna 20 milyard dollardan çox investisiya qoyulub"

Son illər Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 20 milyard dollardan çox investisiya yatırılıb". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı deyib.O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət ayrılır. A. Şərifovun sözlərinə görə, həyata keçirilən işlər nəticəsində Gürcüstanla Azərbaycan arasında olan dəmir yolu rekonstruksiya olunub.İran-Azərbaycan arasında tikilən Astara-Rəşt dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yollarından danışan baş nazirin müavini deyib ki, bu layihələrin reallaşması ilə Azərbaycan böyük bir huba çevrilib.

sia.az

Digər xəbərlər