PDF Oxu

Siyasət

  • 39

Azay Quliyev: "Soyqırımına qiymət vermək üçün 3 mərhələdən keçməliyik"

Azay Quliyev: "Soyqırımına qiymət vermək üçün 3 mərhələdən keçməliyik"

"Xocalı soyqırımına qiymət vermək üçün biz mütləq 3 mərhələdən keçməliyik". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı çıxış edərkən deyib.Avropa Parlamentinin 2009-cu ildə 11 noyabrı Yusoqlaviyada törədilən Srebrenitsa soyqırımı qurbanlarının xatirəsi günü kimi tarixə saldığını və bununla bağlı qətnamə qəbul etdiyini deyən A.Quliyev Xocalı faciəsinə hüquqi qiymətin verilməsi bu gün üçün çox mühüm olan məsələdir: "Təəssüf ki, biz hələ də Xocalı soyqırımı məsələsində ədalət axtarırıq. Xocalı faciəsini törədənlər hələ də azadlıqda gəzir, Xocalı şəhəri isə erməni işğalçılarının işğalı altındadır. Ona görə də cəmiyyət üçün ən mühüm məsələ budur. Biz necə edək ki, Xocalı faciəsinə hüquqi qiymətin verilməsinə nail olaq?! Bu kimi soyqırıma qiymət vermək üçün biz mütləq 3 mərhələdən keçməliyik".A.Quliyev qeyd edib ki, bunun üçün ilk mərhələdə dünya ictimaiyyəti məlumatlandırılmalıdır: "İkinci mərhələdə beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin parlamentləri bu cinayətə siyasi qiymət verməli, müvafiq qətnamələr qəbul edilməlidir. Üçüncü mərhələdə isə faciəyə hüquqi qiymətin verilməli, cinayəti törədənlərin ədalət mühakiməsinə cəlb olunamasıdır. Biz 1-ci mərhələ üzrə xeyli işlər görmüşük. Belə ki, Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox böyük rolu var. Xüsusilə də Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət beynəlxalq kampaniyası" müsbət nəticələriniverməkdədir. Biz bu kampaniya nəticəsində bir neçə ölkənin parlamentində və ayrı-ayrı beynəlxalq təşkilatlarda Xocalı soyqırımına ədalətli qiymətin verilməsinə nail ola bilmişik. Bu işlər davam etdirilməlidir. Ümumiyyətlə, belə faciələrin dünyaya tanıdılması üçün ən yaxşı metodlardan biri mədəniyyət və incəsənət xadimlərinin bu proseslərdə iştirakını təmin etməkdir"

sia.az

Digər xəbərlər