PDF Oxu

Siyasət

  • 30

"Beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı qanun layihəsinin hazırlanması aktualdır"

"Beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı qanun layihəsinin hazırlanması aktualdır"

"Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsinin hazırlanması və konsepsiyasının irəli sürülməsi təkcə qanunvericlik üçün yox, bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Əli Hüseynli "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı çıxış edərkən deyib.Beynəxalq cinayətlərin qarşısının alınması ilə bağlı xüsusi qanun layihəsinin hazırlanmasının aktual olduğunu deyən komitə sədri qeyd edib ki. Azərbaycan dövləti Xocalı soyqırımının araşdırılması üçün hüquqi müstəvidə çox ciddi çox ciddi addımlar atıb: "Hərbi Prokurorluq Xocalı faciəsi ilə bağlı cox ciddi araşdırmalar aparır və demək olar ki, hər il bu hadisə ilə bağlı yeni məlumatlar əldə edir".

sia.az

Digər xəbərlər