PDF Oxu

Siyasət

  • 34

Politoloq: "Azərbaycan-Belarus münasibətləri isti və səmimidir" MÜNASİBƏT

Politoloq: "Azərbaycan-Belarus münasibətləri isti və səmimidir" MÜNASİBƏT

"Azərbaycan- Belarus münasibətləri yüksək səviyyədədir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinə münasibət bildirərkən deyib. Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən politoloq qeyd edib ki, Azərbaycan Belarusun ən çətin zamanında ona dəstək edən ölkələrdən olub: " Belarus Dağlıq Qarabağ məsələsində hər zaman Ermənistanı ittiham edir".C. Nuriyev qeyd edib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri göstərir ki, ölkələr arasında münasibətlər çox sıxdır: "Ümumiyyətlə, Azərbaycan-Belarus arasında çoxsaylı ikitərəfli müqavilələr var ki, bura hərbi, iqtisadi, siyasi, mədəni sahələr daxildir. Azərbaycan –Belarus münasibətləri ölkəmizin Rusiya ilə olan münasibətlərindən daha isti və səmimidir". Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başlayıb. A. Lukaşenko bu gün Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibli görüş keçirəcək. Tərəflərin Belarus-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, korporasiya layihələri, investisiya, kənd təsərrüfatı və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri və yekununda bir sıra sənədlərin imzalanması gözlənilir. O həmçinin baş nazir Artur Rəsizadə ilə də görüşəcək.Səfər sabah başa çatacaq.

sia.az

Digər xəbərlər