PDF Oxu

Siyasət

  • 36

Qüdrət Həsənquliyev: "Soyqırımı törədənləri Azərbaycan özü cəzalandırmalıdır"

Qüdrət Həsənquliyev: "Soyqırımı törədənləri Azərbaycan özü cəzalandırmalıdır"

"Indiyədək Azərbaycanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinə müraciət etməməsi düzgün olmayıb. Mənim üçün hələ də qaranlıqdır ki, Azərbaycan niyə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir?SIA-nın xəbərinə görə, bunu Milli Məclisdə keçirilən "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasında hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatında deputat Qüdrət Həsənquliyev bildirib" O bildirib ki, Azərbaycan mütləq BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir: "Biz BMT TŞ sədri olduq, bu məsələ gündəmə gəlmədi. Mövcud qanunvericiliyimiz imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Bundan sonra sənədlər BMT baş katibinə təqdim olunmalıdır. Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırım törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır. Biz reallıqları bilirik. Dünyada çox təəssüf ki, islamofobiya var. Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır". Q. Həsənquliyev təklif edib ki, qiyabi məhkəmələr qurulmalı və qəbul olunan qərarlar Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim edilməlidir.

sia.az

Digər xəbərlər