Millət vəkili Fazil Musatafa parlamentdə xanım millət vəkillərinə müraciət edib. SİA-nın xəbərinə görə, F.Mustafa qeyd edib ki, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoymaq lazımdır: "Xüsusilə məktəb yaxınlarında tütün məmulatları satan mağazalar var. Ora reklam yapışdırmaq lazımdır ki, siqaret çəkmək olmaz. Onsuz da bunlar var. Amma mağazalar, qəlyan çəkilən yerlər məktəbliləri, azyaşlıları buna bir növ təhrik edir. Ona görə də xanım həmkarlarıma müraciət edirəm ki, onlar bu məsələnin həllində daha fəal olsunlar".Vitse-spiker Bahar Muradova deputat həmkarının fikirlərinə dəstək verib: "Siqaretdən istifadənin qarşısının alınması həm sağlamlığa xeyir olardı, həm də şəxsi büdcəyə. Ona görə də biz xanım millət vəkilləri belə məsələlərdə təşəbbüskar olublar və indi də olmağa hazırdırlar".Millət vəkili Gövhər Baxşalıyeva cərimələri artırmaqla bu məsələnin qarşısının almağın mümkünsüz olduğunu bildirib: "Bunun ictimai yerdə çəkilib-çəkilmədiyini sübut etmək mümkün olmayacaq. Burada daha çox maarifləndirilməyə üstünlük verilməlidir".
sia.az