PDF Oxu

Siyasət

  • 29

Hikmət Babaoğlu: “Tarif Şurasının aldığı qərar mövcud iqtisadi reallıqla əsaslandırılır” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Tarif Şurasının aldığı qərar mövcud iqtisadi reallıqla əsaslandırılır” MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycan Tarif Şurasının aldığı qərar bugünkü mövcud iqtisadi reallıqla əsaslandırılır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, uzun illərdir Azərbaycanda enerji daşıyıcılarının qiyməti qaldırılmayıb: "O mənada düşünürəm ki, bunu daha yaxşı başa düşmək olar. Əslində isə Tarif Şurası qiymətlərdə differensiallaşma apararkən əhalinin aztəminatlı təbəqəsinin mənafelərini diqqətə alaraq bunu edib. Təbii ki, bu da həm aztəminatlı ailələrin sosial təminatının gücləndirilməsinə xidmət edəcək, həm də Azərbaycanın aparıcı iqtisadi sektorlarından biri olan enerji sektorunda bundan sonrakı mərhələdə inkişafını təmin edəcək və nəticələrə gətirib çıxaracaq. Çünki bu qiymətlərin artırılması prosesində sosial ədalət prinsipi gözlənilərək məhz hazırki vəziyyətlə balanslaşdırma, tarazlaşdırma siyasəti həyata keçirilir.Ona görə də düşünürəm ki, Tarif Şurasının aldığı qərar əhalinin aztəminatlı təbəqəsinin maraqlarına zərbə vurmamaqla bərabər, eyni zamanda Azərbaycanın iqtisadi sektorunun, o cümlədən enerji sektorunun gələcək inkişafı üçün də müəyyən iqtisadi, maliyyə şərtləri yaradacaq".

sia.az

Digər xəbərlər