PDF Oxu

Siyasət

  • 30

Azərbaycan multukulturalizminə və toleriantlığa elmi-nəzəri baxış

Azərbaycan multukulturalizminə və toleriantlığa elmi-nəzəri baxış

Toleriantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı milli dəyərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı il Azərbaycanda "Multukulturalizm ili" elan olunmuşdur. Fərmandan irəli gələn vəzifələr ölkəmizin dövlət strukturlarında və geniş ictimaiyyət tərəfindən icra olunmaqdadır. 16 noyabr isə hər il Beynəlxalq Toleriantlıq Günü kimi qeyd edilir. Bu istiqamətdə ictimi-siyasi təşkilatlar, xüsusilə, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ölkə miqyasında cox mühüm işlər həyata kecirmişdir.

Multukulturalizm və toleriantlıq arasında həm elmi, həm də sosial bir bağlılıq var və bunlar haqqında danışarkən, müqayisəli təhlilə zərurət ortaya cıxır.

Vestfal sülhü toleriantlığı əsaslandıran müqavilə kimi elmdə qəbul edilir. Bu tarix də təsadüfü deyildir. Müqəddəs Roma İmperiyası ilə protestantlar arasında bağlanan müqavilənin maddələrinə əsasən, insan hüquqları, dini azadlığa, hər kəsin ibadətlərinə xüsusi maddələrlə sərbəstlik verildi. Lakin toleriantlıq elə bir anlayış və sosial hadisədir ki, digər subyektiv fikirləri də istisna etmək olmaz. Məsələn, toleriantlıq haqqında təkcə siyasətcilər deyil, filosoflar, ədəbiyyatşünaslar, tarixcilər, şərqşünaslar və s. təhlillər aparır. Bu, göstərir ki, toleriantlıq o qədər geniş əhatə dairəsinə malikdir ki, onu təkcə bir istiqamətdə təhlilə cəlb etmək və onun imkanlarını şərh etmək mümkün deyildir.

Mahiyyət baxımından toleriantlıq digər millətlərə, baxışlara, düşüncə sistemlərinə, mədəniyyətlərə, mentalitetlərə və s. dözümlülük prinsipini ifadə edir. Başqa sözlə desək, toleriantlıq milli, irqi, dini ayrıseckiliyə yol vermədən hər bir kəsin fikirlərinə hörmətlə yanaşmaqdır.

Nəzəri baxımdan bir sıra Qərb mütəxəssisləri belə iddia edirlər ki, multukulturalizm iflasa uğrayıb və toleriantlıq isə milli identikliyin (yəni milli xüsusiyyətlər toplusunun ) zəifləməsinə gətirib cıxarır. Rusiyalı mütəxəssis prof. Valeri Zorkin, Andrey Savelyov hesab edirlər ki, "multikulturalizm" milli dövlətin sferasını parcalayır" və "dövlətin altına qoyulmuş saatlı partlayıcı"dır, "yaxud milli ruh özünü yadla eyniləşdirə bilməz". Lakin Azərbaycan modelində isbat olunmuş həqiqət odur ki, hər iki anlayış özünü yadla eyniləşdirmir, yaxud fərq qoyma anlamına gətirmir. Əksinə, "özünü daha yaxından dərk et, başqasını da yaxından tanı və hörmət et" kimi düşüncə tərzini önə cəkir. Qarşı tərəfi dinləmək və onun fikirlərinə təmkinlə və hörmətlə yanaşmaq hec də onun mövqeyinin qəbul edilməsi, yaxud etdirilməsi demək deyildir. Əksinə, yeni mühakimələr, ideyalar özü bu prosesdə meydana cıxır və inkişafa yol acır. Bunların icərisində milli özünüdərkin prinsiplərini müəyyən etmək zərurəti yaranır. Deməli, bu, həm də milli məsələdir , milli münasibətlərin möhkəmləndirilməsində düzgün meyardır.

Digər Avropa və Qərb alimləri belə fikirdədirlər ki, bu anlayışlar arxada qalıb, ona görə ki, əgər beynəlxalq hüquq varsa, konstitusiyalar qəbul edilibsə, qarşılıqlı hörməti, dözümlülüyü elə dövlət özü tənzimləyir. Əgər toleriantlıq Qərbdə hüquq normalarıdırsa, bu, bizdə mədəni-mənəvi normalardır. Mənəvi borcdur. Daxili tələbatdır. Gəlin baxaq görək, Qərbdə bu normaları hüquq tənzimləyə bilirmi. Axı hüquqdan əlavə bunlara nail olmaq ücün millətin özünün mənəvi dəyərlər sistemi və ona əməl etmək ücün daxili "mən"i olmalıdır. Ona görə də, bizim bunlardan danışmağa daha çox haqqımız var.

Son illərdə ölkəmiz həm sosial-ictimai həm də dünya arenasında cox mühüm islahatların önünüdə gedir və bəşəriyyətdəki proseslərin aktoruna cevrilməkdədir. Belə şəraitdə dünyanın Azərbaycana gəlməsi, Azərbaycanın isə beynəlxalq tribunalarda özünün irəli sürdüyü model prinsiplərə dair diplomatik cevikliyi dünya siyasi arenasında cox mühüm tarixi-siyasi əhəmiyyətə malikdir.

Bu gün Azərbaycanın dünyaya etdiyi çağırışlar, bütövlükdə həm də xalqımızın malik olduğu tarixi - ənənəvi xarakterindən başqa dünyanın siyasi mənzərəsi ilə də bağlıdır. Məsələn, ənənəvi xarakter daşıyan Bakı Humanitar Forumunda Prezident İlham Əliyev belə bir fikir söyləmişdir: "Müasir dünyada, belə bir fikir dolaşır ki, mültukulturalizm, toleriantlıq iflasa uğrayıb arxada qalıb və bunlar qəbuledilməzdir. Bəs nədir dünyanın gələcəyinə xidmət edən ideya: Ksenofobiya? İrqi ayrıseckilik? İkili standartlar? Bunların təbliği dünyanı məhvə apaır. Bizim bu ideyalarımız bəşəriyyətin xilaskarlığına bir cağırışdır. Dünyanın indiki vəziyyətində yeganə cıxış yoludur.İnsanlığa yüksək münasibətdir".

Maraqlıdır ki, dünyanın bir cox ölkəsi bu ideyaların mahiyyətindən onun düzgün dərkindən qorxurlar, yaxud nədənsə problemə obyektiv münasibəti arxa plana kecirirlər. Şübhəsiz ki, bu da siyasi xarakter daşıyır və hec də hümanizm prinsipini əks etdirmir. Təbii ki, dünyada fərqli mədəniyyətlərin mövcudluğu inkarolunmazdır və onların birgə yaşayışı da müxtəlif ölkələrdə coğrafi və siyasi amillər baxımından müxtəlif cür tənzimlənir. Bu baxımdan mədəniyyət anlayışının təhlilinə münasibət bildirməmək mümkün deyildir.

Bir sıra filosoflar və politoloqlar insanların mənəvi keyfiyyətlərinin meyarı kimimədəniyyət anlayışına baxış zamanı onun 4 formasını təhlil edirlər.

1.Cəngavər, mədəniyyəti: yəni hisslərdən cıxış edən və öz ürəyinin səsinə qulaq asmamaq.

2. İcma mədəniyyəti: simvolizmdən cıxış edir. Xeyirxahlıq, yaxşılıq və Tanrını varlıq kimi qəbil etmək.

3.Zadəgan mədəniyyəti: iki əsas cəhət xarakterikdir. Romantizm və öz dünyasına cəkilmək. Daxili tələbatına aid hisslərə daha cox üstünlük.

4. Şəhər mədəniyyəti: realizmdən cıxış edir və bunu önə cəkir.

Fikir verərkən acıq görünür ki, bu mədəniyyətləri fərqli düşüncə, əqidə və xarakter ayırır. Toleriantlıq və mültukulturalizm bu düşüncələr içərisində vahid milli düşüncəni tapmaq və burada öz yerini müəyyənləşdirərək, başqalarını da dərindən öyrənmək kimi məsuliyyəti qarşıya qoyur. Nəticədə isə, yalnız insan fenomeninin yüksəkdə tutulması, onun fövqündə bəşəriyyətin hümanizmə cağırışı əsas meyar olaraq ortaya qoyulur. Ulu Öndər Heydər Əliyevin dövlətcilik strategiyasının dayanıqlığı ondadır ki, bəşəriyyətə bu ideyaları bir cağırış kimi təlqin etdi, sabit və sivil bəşəriyyətin qurulmasında bir model ortaya qoydu.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan mültukulturalizmi dünyanın 15 ölkəsində tədris edilir. Bu da bizdən daha geniş tədqiqatı, təhlili və dünyanın cağırışlarına hazır olmağı bir arada öyrənməyi tələb edir.

Ümumiyyətlə, türk milləti tarixən toleriant və bəşəri dəyərlərə önəm verən millət olmuşdur. Ona görə Avropa alimləri də türk millətinin qəhrəmanlığını qəbul edir, dünyanın bir çox xalqlarının taleyində, məişətində, milli xarakterində türk ərənliyinin əvəzolunmaz izlər buraxmasını təsdiq edir. Bir cox xalqları isə idarə etdikləri zaman onların mədəniyyət nümunələrini məhv etməyib, onları tarixdən silməyib, mədəniyyətlərini dağıtmayıblar.

Tarixən idarə etdikləri ərazilərə özləri ilə xüsusi türk sivilizasiyası daşımayıb, yerli xalqlara qarşı məcburi assimilyasiya siyasəti yürütməmələri də faktdır. Avropanın böyük bir qismi 600 il Osmanlı imperiyasının tərkibində olub, yenə də həmin xalqların öz dinini, dilini itirməməsi bu amillərin təzahürlərindəndir. Toleriantlıq məfhumu son dövrlərdə beynəlxalq arenada aktuallaşsa da, türk millətlərində bu hal, demək olar ki, genetik olaraq mövcud olub. Yaxud Səfəvilər, Ağqoyunlular, və digər Azərbaycan dövlətləri Şərqin və Qərbin böyük bir hissəsində nəzarət edərkən, hec bir qeyri-humanist hərəkətlərə yol verməmişlər. Ermənilərin isə müxtəlif zamanlarda qeyri-humanist hərəkətlərini tarixcilərin yazmaları reallıqdır və faktlara söykənir. Bu vandalizmə xalqımız dəfələrlə məruz qalmışdır. Təbii ki, dünya tarixindən bunu silmək mümkün deyildir.

Qadına hörmət, xalqımızın özünəməxsus toleriant xüsusiyyətlərindən biri kimi qadına spesifik münasibət önəm daşıyır. Patoloji ailəcanlılıq; namus məsələsinin fövqəlyüksək dəyərləndirilməsi, qadının cariyə, qul, kəniz kimi alınıb-satılması ənənəsinin tarixən burada mövcud olmaması, əksinə, qadın azadlığının, qəhrəmanlıqlarının alqışlanması, tərənnüm edilməsi, stimullaşdırılması və bunun nəticəsi olaraq xalqımızın, bütövlükdə, türk xalqlarının tarixində çoxlu qəhrəman qadın adlarının qalması, monoqonik (təkarvadlı) ailə formalı dəyərlərin qorunub saxlanması dünya tarixinə yaxşı məlum olan faktlardır. Tarix sübut edir ki, toleriantlıq o cəmiyyətlərə fayda verir ki, orada qadına xüsusi hörmət olsun. Gender bərabərliyi olsun. Hüseyn Cavid yazırdı: "Bir cəmiyyətin mədəni səviyyəsi onun qadına olan münasibətindən asılıdır". Tarixə nəzər salarkən görünür ki, bu ənənə bizdə nə qədər qədimə gedib cıxır. Dahi Nizaminin əsərlərini xatırlamaq kifayətdir. Müasir mərhələdə isə Ulu Öndər Heydər Əliyevin kəlamları və münasibəti, toleriantlıq ənənələrimizin zəngin qaynaqlara söykənməsini təsdiq edir. Ulu Öndər Heydər Əliyev bu zənginliyi dünyada təbliğ etmək yolunda cox gərgin mübarizə aparmışdır.

Bir tarixi məqamı demək yerinə düşür. Əgər İskəndərin, Sezarın, Napoleonun və s. yürüşlərinin hər addımı barədə hələ öz dövründə qalaq-qalaq kitablar yazılıbsa, Sakit okeandan Atlantik okeanına qədər bir ərazidə qazandıqları qələbələri ilə bəşəriyyətin həyatında ərsəyə gətirdikləri zəngin sivilizasiya dəyərləri haqqında türk xalqları obyektiv həqiqətləri dolğun şəkildə yazmamışlar. Ona görə də bu günədək qədim tarixi həqiqətlər cox zaman ərəb,fars yaxud Avropa mənbələrinə əsasən öyrənilir. Bir cox mühüm məsələlərin tarixi sənədlər üzrə müzakirə olunduğu mötəbər məclislərdə isə qeyri müəyyənlik yaranır. Erməni kimi bədxahlar isə bundan istifadə edib, hətta yazı nümunələrini, tarixi ərazilərin adlarını belə özününküləşdirməyə cəhd edirlər. Çünki türk dünyasının zəngin mənəvi qüdrətinin və zəngin tarixinin, əslində, lazımi səviyyədə yazılmasına diqqət yetirilməmişdir. Tədqiqatcıların fikrincə, tarixi həqiqətləri şərh etmək tarixə köcürmək islamın təsiri ilə çox sonralar baş vermişdir ki, indi bəzi tarixi sənədlərin olmaması, bir çox dairələrdə, bütövlükdə tarixin olmaması kimi yozulur.

Tarixi faktlar göstərir ki, azərbaycanlılara, bütövlükdə türk millətinə dair sadalanan əlamətlər və xüsusiyyətlərin hamısının tam şəkildə əksi ermənilərə xasdır. O vaxtkı İranın əyalətlərindən biri olan və əhalisi İran dilində danışan Ərməniyyədə milli azlıqlardan biri və ya bu dövlətin əsirlərinin yerləşdirildiyi koloniyalarından biri kimi mövcud olan və "hayk"lar adlanan hazırkı ermənilər, sonrakı dövrlərdə bu dövlət dağılandan sonra, qonşu ərazilərdə elə mənsub olduqları qüdrətli dövlətin adı ilə də adlandırılaraq ərmənlilər, ərmənilər və s. kimi tanındılar. Yəni ki, yaşadıqları güclü dövlətin adını, adətlərinə uyğun olaraq özününküləşdirdilər və özəlləşdirdilər. Bununla belə, onların heç vaxt dövlət şəklində mövcud olmadıqlarını tarixdə heç bir dövlət atributlarının (pul, gerb və s.-in) qalmaması faktı da isbatlayır. Yalnız XIX-XX əsrlərdə Osmanlı imperiyasını daxildən parçalamaq istəyən qonşu dövlətlərin planı və dəstəyi sayəsində türk dövlətlərinin ərazisində tarixdə ilk erməni dövləti yaradıldı ki, sonradan da erməni amilindən bu bölgədə zaman-zaman maraqlı dövlətlər istifadə etməyə başladılar. Üstəlik də, bütün bu tarixi-psixoloji proseslərin sayəsində ermənilərin beyni davamlı və planlı şəkildə anti-türk əhval-ruhiyyəsinə kökləndirildi ki, bunun da ağrı-acısını Azərbaycan və Türkiyə hələ də çəkməkdədir. Buna görə də, bəşəriyyət XXI əsrin cağırışlarını şərh edərkən, tarixi hadisələrin düzgün dərk edilməsini, obyektiv faktların ortaya qoyulmasını özü ücün zəruri secim etməlidir. Bu baxımdan, Azərbaycanın bəşəriyyətə etdiyi çağırışlara, mən deyərdim ki, tam haqqı vardır. Deyərdim ki, multukulturalizmin və toleriantlığın dərindən öyrənilməsi,ona öbyektiv yanaşma və qiymət vermək dünyanın indiki vəziyyətində tarixi hadisələrdən nəticə cıxarmaq baxımından önəm daşıyır. Xalqlar arasındakı münasibətlərin tarix və zaman baxımından düzgün qiymətləndirilməsini önə cəkir.

Çünki tolerantlığa -dini dözümlülük, digər insanlara və əqidələrə dözümlü yanaşma ilə yanaşı, həmçinin, terror və eksteremizmin qəbul edilməməsi xarakterikdir. 1995-ci ildə YUNESCO tərəfindən 16 Noyabr Beynəlxalq Toleriantlıq Gününü elan olunması, Azərbaycan milli tolerantlığı, millətlərarası münasibətləri , dini dözümlülüyü layiqli olaraq dünya dövlətlərinin diqqət mərkəzində olması gündəmə gəldi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasında milli azadlıq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin, dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında verdiyi Fərman, Prezident İlham Əliyevin dinlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə sanballı töhfə verdiyinə görə Rus Provoslav kilsəsinin "Müqəddəs Apostol Varfolomey" qızıl medalı ilə təltif edilməsi, "Azərbaycan tolerantlıq örnəyidir" kitabının nəşr olunması, bir daha göstərdi ki, Azərbaycan, sözün həqiqi mənasında, dünyada tolerantlığa nümunə olan bir ölkədir. Lakin bu model həm də hər birimizin vahid dövlətcilik şüurumuzu inkişaf etdirməlidir. Hec bir qüvvə, yaxud etnik qrup və birliklər bu incə məqamdan şəxsi maraqlar ücün istifadə etməməlidir. Bu düşüncələr dövlətə və dövlətciliyə hər birimizi vahid fikirlər kontekstində bağlamalıdır. 1999-cu ildən isə hər il Azərbaycanda toleriantlıq gününün qeyd edilməsi rəsmiləşdirildi. Ulu Öndər Heydər Əliyev həmin vaxt Azərbaycanda azsaylı xalqların nümayəndələrini qəbul edərək, dəyərli tarixi fikirləri ilə tolerainlığın mahiyyətinin Azərbaycan reallıqlarında dərk edilməsini konkret faktlarla əsaslandırdı.

Bu gün Azərbaycan əhalisinin 96 faizi müsəlmanlar olmasına baxmayaraq, çoxlu xalqlar yaşayır ölkəmizdə. Müsəlman olmağımıza baxmayraq, onların adət-ənənələrinə yanaşma müxtəlif olsa da, bizim hamımızın onların bütün adətlərinə hörmətlə yanaşmamız reallıqdır.

Ölkəmizdə 2164 məscid var və onların 1500-ü gündəlik fəaliyyət göstərir. 746 ziyarətgah isə islam dininə aid deyil və digər dinlərin də azad, sərbəst ibadətləri həyata kecirilir.

2008-ci ildə katolik kilsəsinin acılışında Vatikandan gəlmiş rəsmi şəxs bunları görərək, bəyan etdi ki, Azərbaycan təkcə neft-qaz yox, həm də toleriantlıq ixrac edə bilər.

Ümumiyyətlə, toleriantlığı şərtləndirən iki əsas amil xalqın özünün malik olduğu və ortaya qoyduğu iradə və daxili xüsusiyyətlər, digəri isə dövlətin münasibəti, mövcud coğrafi-sosial və mədəni xüsusiyyətlərin nəzərə alınması ilə rəsmiləşdirilən komponentləri dərk edilməsidir. Bu, bir faktdır ki, insanları dininə görə yox əxlaqına görə qiymətləndiririk. Digər tərəfdən yaradılışı yaradana xatir sevmək Qurandan gəlsə də, bizim milli xarakterimizə xasdır və bu bizi toleriantliğa yaxınlaşdırır.

Təhlil göstərir ki, multukulturalizm və toleriantlıqhəm də Qərbin təfəkkür tərzinə təsirdir. Müasir mərhələdə Qərbə bir mesajdır ki, Şərq dünyanın gözündə həqiqi Şərq kimi görünməlidir. Bu, bilinməli və lazım gəldikdə, öyrənilməlidir. Bunə görə də Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, bizim siyasətimizin zirvəsində insan faktoru dayanır. Bu isə, multukulturallığa coxmədəniyyətli cəmiyyətlərdə bir- birinə hörmət və inama əsaslanır. Dünyada ikili yanaşma bir fikir olaraq tamamilə inkar olunmalıdır. Çünki müasirlikdə həm də paradoksal bir situasiya vardır. Cəmiyyətlərdə dağılmanın qarşısını almaq ücün bütün bu komponentlər şüurlarda hökm etməlidir. Bəzi tədqiqatcılar belə hesab edir ki, elə bu paradoksallıq müstəqilliyin də tam və həmişə sabit olmamasına şərait yaradır. Ona görə də müsir cəmiyyətlərdə multukulturallığın təmin edilməsi ücün həm də dialoq fəlsəfəsi ortaya qoyulmalı, onun gücündən istifadə edilməlidir.

Onu da qeyd edim ki, multukulturalizm bir anlayış kimi 1960-cı ildə Kanadada meydan gəlmişdir. 1970-ci illərdə bu anlayış Avropada cərəyan etməyə başlamışdır. Azərbaycanda isə hələ XVIII-XIX əsrlərdə bu rüşeymlər var idi.

Multukulturalizm modeli həm də bəşəriyyəti gələcəyə təhlükə yaradan əngəllərdən cıxarmalı və ikili standartlara son qoymalıdır. Ulu Öndər Heydər Əliyev bu kontekstdə dünyanı sülhə çağıraraq, Qafqazı və Şərq- Qərb dünyasının mövcud imkanlarından dünyanın sabitliyi naminə istifadə edilməsini öz siyasi iradəsi ilə ortaya qoydu.

Dünyadakı təsirlərə baxmayaraq, Azərbaycan bu gün də bunu təbliğ edir. Bu axına qarşı gedir. Odur ki, Azərbaycan güc tərəfidir. Bizim ənənəvi mültukultural xalq kimi bu prosesə münasibətimiz həmişə birmənalı olmuşdur.

Digər tərəfdən, Azərbaycanı toleriant ölkəyə cevirən amillərdən biri də Şərq və Qərbin qovşağında yerləşməsi, Böyük İpək Yolu üzərində strateji ölkə olması hələ orta əsrlərdən toleriantlığa bizi, bilavasitə yaxınlaşdırır. Tədqiqatlar da bunu belə sübut edir.

1739-40 cı ildə Nadir Şah Hindistana yürüşdən qayıdarkən qardaşı İbrahimin Şimalda öldürülməsini eşidir və Şimala doğru hərəkət edərkən Quba ərazisində yəhudilərin yaşadığı qəsəbədə dayanır. Ona məlumat verilir ki, bu qəsəbədə başqa xalq və başqa dindən olan əhali yaşayır. Nadir şah öz təşəbbüsü ilə həmin qəsəbənin ağsaqqalı ilə görüşür onunla söhbət edərkən, onların harada ibadət etdiklərini soruşur və məlim olur ki, hər kəs evində ibadət edir və elə bir ibadətgah yoxdur. Onda Nadir şah göstəriş edir ki, onlara bu qəsəbədə ibadət yeri tikilsin və belə də olur. Bu, bir tarix olaraq toleriantlığın göstəricisidir.

2010-cu ildə dünya katalikosları Bakıya toplaşarkən, erməni katalikosu II Qaragin də gəlmişdir. O, Prezidentə müraciət edərək Bakıdakı erməni kilsəsini ziyarət etmək istədiyini bildirdi. II Qaraginə həmin kilsəylə tanışlıq ücün şərait yaradıldı. Onun ziyarətə aparan şəxs erməni keşişinə bildirdi ki, kilsəyə aid nümunələr bu gün də saxlanılır. Amma siz Azərbaycanın qədim torpaqlarında insanlığa sığmayan cinayətlər törədib, Şuşadakı məscidləri viran qoymusunuz. Erməni keşiş bu işdən xəcalət cəkmiş cildinə girərək demişdir ki, mən də vaxtilə bu kilsədə işləmişəm. Ona görə bura baxmaq mənə maraqlı idi.

Kiş məbədi Qafqazda tikilən ilk kilsədir və hətta I əsrə gedib cıxır. İnsanlarımız özləri də bu xristian kilsəsini qoruyub saxlayırlar. İstər kilsə, istər sinoqoq, istərsədə məscid olsun, bizim ölkədə ücünə də Allahın evi kimi yanaşırıq və bu yüksək toleriantlıq mədəniyyətidir. Deməli, bizim deməyə haqqımız var ki, toleriantlıq həm də ideoloji və milli məsələlərə olan münasibətimizdir. Bu müasir dövrdə bizim ücün cox vacibdir. Azərbaycan artıq güclü dövlətdir və bir cox məsələlərdə bu proseslərə olan yanaşmasını, dünyaya bir Azərbaycan modeli olaraq təqdim etməklə, ədalətin qorunmasına, insanlığa münasibətin həqiqi meyarının təmin olunmasına tövhə vermiş olur.

Qeyd etməliyəm ki, toleriantlığın düzgün dərki həm də cinayətkarlığı azaldır. 2000-ci ilədək 7 böyük tədbirə Azərrbaycan ev sahibliyi etdi. 2003-dən sonra isə davamlı olaraq 9-dan çox beynəlxalq tədbir - Bakı Humanitar Forumu, dünyanın dini liderlərinin bir araya gəlməsi və s., mədəniyyətlərarası dialoqa dair tədbirlər Azərbaycanı bu sahədə önə çıxarmışdır. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin qlobal miqyasda siyasi fəaliyyəti bu istiqamətdə də zəngin dövlətcilik təcrübəsinə əsaslanır. Bu strategiya Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu güclü Azərbaycan dövlətinin davamlı inkişafının təmin edilməsini qarşıya qoymuşdur.

Ümumiyyətlə, təlatümlər dolu XX əsrin son əlli ilini Ulu Öndər Heydər Əliyev şəxsiyyətindən, siyasi fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildir. Heydər Əliyev sovet siyasi rejimində cətin siyasi durumda belə, nəinki baş verə biləcək proseslərin gedişinə təsir göstərə bilmiş, hətta onu öz siyasi bilik və bacarığı ilə mühüm istiqamətlərə yönəltmişdir.

Bir cox mütəxəssislər təhlil edirlər ki, dünya tarixinin azərbaycanlı dahisi kimi Heydər Əliyev şəxsiyyətinə yaxından bələd olmaq Azərbaycan xalqının xarakterini, mənəvi zənginliyini öyrənmək ücün fundamental mənbədir. Müasir mərhələdə Ulu Öndərin siyasi strategiyasına əsaslanaraq, Azərbaycan "ağıllı güc" yolunu seçmişdir. Bu güc zəngin dövlətcilik irsinə əsaslanaraq varislik prinsipini toleriantlıq və multukulturalizm ənənələrini özündə birləşdirməklə dünyanın indiki vəziyyətində Azərbaycanın layiqli yerini formalaşdırır. Bunlar tariximizdən başlanğıc götürür və bu gün zərurət vardır ki, bu problemə müasirlik prizmasından baxaq. Ona görə ki, orta əsrlərin siyasi proseslərində Avropa dövlətlərinin maraq və siyasətini təhlil edib nəticə cıxarmaq, xanlıqlar dövründəki vəziyyəti və xarici amilin rolunu, Rusiya işğalı və ondan sonra baş verən hadisələri, XX əsrin əvvəlindəki siyasi proseslərdə Azərbaycanın ictimai-siyasi vəziyyətini, XX əsrin 90-cı illərindəki tarixi geosiyasi hadisələrin milli varlığımıza təsirləri və s. kimi milli məsələlərin düzgün dərki və nəticələrin çıxarılması, əslində, azərbaycancılığın mahiyyətini ifadə edir. Ulu Öndər Heydər Əliyevin "azərbaycancılıq" ideologiyası bütün bu prinsipləri kompleks şəkildə özündə birləşdirir. Azərbaycancılıq ğüclü dövləti qurmaq ücün milli tamlıq və bütövlük yaradır. Onu düzgün dərk etmək, əməl etmək, öz işlərimizlə daha da zənginləşdirmək, düşünürəm ki, həm də toleriantlığa və mültikulturalizmə böyük töhfədir.

Sənan Həsənov,

Azərbaycan Respublikasının Prezidenti Yanında

Bilik Fondunun mühazirəcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, böyük elmi işci

Digər xəbərlər