PDF Oxu

Siyasət

  • 26

Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisdə büdcə müzakirələri başladı

Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi İqtisadi siyasət, sənaye və sahibkarlıq , Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsi. İctimai birliklər və dini qurumlar komitələrinin birgə müzakirəsinə çıxarılıb. SİA-nın xəbərinə görə, büdcə zərfinə "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında" qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.Qeyd edək ki, komitələrin iclasında plenar iclasa tövsiyə olunduğu təqdirdə, layihələrin dekabrın 6-da, 7-də və 8-də plenar iclasların müzakirəsinə çıxarılması gözlənilir.

sia.az

Digər xəbərlər