Bu gün Gülüstan sarayında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" ("İlğxam Aliev. Portret prezidenta na fone peremen") rus dilində çapdan çıxan kitabının təqdimat mərasimi keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, nəfis tərtib olunmuş kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir.Müəllif "Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq üçün nə etmək lazımdır?", "Xalqın lideri missiyası nədir?" suallarına cavab axtarır. AMEA-nın prezidenti deyib ki, açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.Təqdimat mərasimi davam edir.
sia.az