PDF Oxu

Siyasət

  • 21

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı yaxın günlərdə fəaliyyətə başlayacaq

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı yaxın günlərdə fəaliyyətə başlayacaq

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı bütün hazırlıqlar başa çatdırılıb.

"Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, adıçəkilən dəmir yolu marşrutu üzrə beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə əlaqədar Bakı şəhərindən 3 ədəd müasir tipli sərnişin vaqonu gətirilib. Hər biri kupe tipli vaqon 36 yerlikdir. Vaqonlar istilik və soyutma sistemləri ilə təchiz edilib, marşrut üzrə xidmət göstərəcək bələdçilərə Bakı şəhərində kurs keçirilib. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı 3 vaqondan ibarətdir və qatar Culfa stansiyasında (İran) qəbul edildikdən sonra vaqonların təkər cütləri dəyişdiriləcək. Ümumi uzunluğu 1858 kilometr olan Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolunda Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edir. Gediş haqqı tarifinə ağ yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

Samir

Digər xəbərlər