PDF Oxu

Siyasət

  • 32

Politoloq: "Qarabağ münaqişəsinin həllinin bir yolu var" AÇIQLAMA

Politoloq: "Qarabağ münaqişəsinin həllinin bir yolu var" AÇIQLAMA

"Ermənistan prezidenti Serj Sarkisyan aprel hadisələri zamanı özünün ordusu ilə birlikdə rəsmi Bakının ayaqları altında diz çökməyə hazır olduğunu tez unutdu. Prezident Sarkisyanın verdiyi bu cür bəyanatlar bir daha onu vurğulayır kı, Ermənistan danışıqlar masasında heç bir konstruktiv addım atmayacaq". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, son bir neçə həftə ərzində Ermənistan rəsmilərinin kəskin bəyanat vermələri onları arxayın salacaq bir sıra məqamlarla bağlıdır: "ABŞ da Donald Trampın hakimiyyətə gəlişindən sonra regiondakı proseslərin istiqamətlərinin müəyyən dəyişikliyə uğradığı göz qabağındadır. Türkiyə - Rusiya arasında münasibətlərin normallaşması da regiondakı geosiyasi duruma təsir edən amillərdəndir".Z.Məmmədov əlavə edib ki, digər amil Rusiya ilə bağlıdır: "Suriyada cərəyan edən proseslər və aprel döyüşləri Rusiyanın Ermənistanda daha da güclənməsinə səbəb oldu. Rəsmi olaraq Rusiya və Ermənistan arasında hərbi birliyin yaradılması Rusiyanın ATƏT-in Minsk qrupunun vasitəçisi kimi fəaliyyətini sual altına qoymuş olur. Yaranan hərbi birlik şimal qonşumuzun Ermənistana verdiyi hərbi – siyasi dəstəkdir. Naxçıvan ilə Dağlıq Qarabağ arasında və digər ərazilərdə yerləşən ordu Azərbaycanın milli maraqlarına açıq – aşkar təhdiddir. Təbii ki, kifayət qədər arxayınlaşan Ermənistan rəsmiləri torpaqların Azərbaycana qaytarmayacaqları haqqında belə bir bəyanatlar verirlər. Hamıya yaxşı məlumdur kı, bu münaqişənin həllinin bir yolu var".

sia.az

Digər xəbərlər