"Büdcə layihəsi son dövrlər dünyada gedən qlobal iqtisadi böhran nəzərə almaqla, ölkə başçısı Prezident cənab İlham Əliyevin apardığı düzgün siyasəti nəticəsində əldə olunan iqtisadi nailiyyətlər zəmində tərtib edilib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.O bildirib ki, illət vəkilləri 2017-ci ilin büdcəsini dəstəkləyir və dünyada gedən problemlərin tezliklə həll olunacağına inanır.Millət vəkilinin sözlərinə görə, manata inamın bərpa olunması hökumətin ən vacib iqtisamətlərindən biri olmalıdır: "Maliyyə bazarında gedən proseslərin texniki səbəbləri ilə yanaşı mənəvi məsələləri də var. Mənəvi məsələ də məhz manata olan inamla bağlıdır. Bu proses digər ölkələrdə də gedir. Misal üçün Türkiyədə də vəziyyət eynidir. Bu baxımdan düşünürəm ki, bunun arxasında siyasi proseslər dayanır". F. Muradov qeyd edib ki, digər büdcələr kimi 2017-ci ilin büdcəsi zərfinin sosial yönümlülüyü saxlanılıb: "Büdcədə cəbhəyani bölgələrə xüsusi diqqət ayrılamlıdır. Çünki onlar daim mənfur ermənilərin təzyiqləri altındadırlar". Son ildə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan islahatları müsbət dəyərləndirən millət vəkili deyib ki, görülən işlər mütləq şəkildə davam etidirilməlidir: " Büdcədə gənclər və idman siyasəti ilə bağlı xərclər azalmayıb. Çoxalma olmasa da, bəzi istiqamətlər üzrə müəyyən dəyişiklik etmək bilər. Gənclər siyasətinin əsas istiqaməti dövlət siyasətinin davamı təşkil edir. Bu baxımdan bu sahəyə qoyulan vəsait digərlərindən daha vacibdir".Daha sonra çıxış edən vitse-spiker Bahar Muradova millət vəkilinin çıxışına cavab olaraq bildirib ki, manatın qorunması çox vacibdir: "Lakin mən düşünmürəm onu xilas etmək lazımdır. Hesab edirəm ki, manatı qorumaq lazımdır".
sia.az