"Azərbaycanın Suriyada minalardan təmizləmə əməliyyatlarına qoşulması hər hansı bloka üzv olması mənasına gəlmir". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, bu məsələlər Müdafiə Nazirliyi səviyyəsində olmaya da bilər: "Çünki Azərbaycanın minalardan təmizlənmə üzrə xüsusi agentliyi – ANAMA var: "Əgər bu agentlik nəzərdə tutularsa və proses müəyyən müqavilə əsasında keçirilərsə bu başqa məsələdir".Politoloq deyir ki, minalardan təmizləmə hərəkatında iştirak etmək hansısa müharibədə iştirak etmək deyil. Bunu hansısa blokun tərkibində deyil, qarşılıqlı razılaşmalar əsasında həyata keçirmək mümkündür.O, bunun Türkiyə ilə münasibətləri korlamağa dəlalət etmədiyini qeyd edib: "Bu o demək deyil ki, Rusiyanın qərarlarını həyata keçirmək üçün hansısa əməliyyatda iştirak edirik. Düşünürəm ki, bu azad edilmiş ərazilərdə, Suriya dövlətinin razılığı olarsa və məsələ dövlət səviyyəsində həll olarsa problem yaratmaz. Lakin hələ ortada konkret bir məsələ yoxdur. Amma ümumiyyətlə Azərbaycanın belə bir missiyada iştirakı heç də hamının o cümlədən, ABŞ və Qərbin xoşuna gəlməyə bilər. Bundan başqa Azərbaycan tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkialtına (KTMT) üzv olan dövlətlərlə o cümlədən, Ermənistanla bir blokda təmsil edilə bilməz. NATO və Rusiyanın da o cümlədən, Türkiyənin də Suriya məsələsinə baxışları müxtəlif olduğu üçün bu məsələ çox həssas məsələdir".A.Nağıyev əlavə edib ki, Dağlıq Qarabağla bağlı konkret qərarlar qəbul etməyən Rusiya hər vəchlə Azərbaycanı bu addımı atmağa niyə vadar edir".
sia.az