PDF Oxu

Siyasət

  • 73

Trilogiya Mərkəzi-Elmi Kitabxanaya təqdim edilib

Trilogiya Mərkəzi-Elmi Kitabxanaya təqdim edilib

Kitablar Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunub

Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan trilogiya - "Fateh", "Fəthin yolu", "Ümid qapısı" kitabları AMEA Mərkəzi-Elmi Kitabxanasına təqdim edilib. Kitabların müəllifi əməkdar jurnalist Xalid Niyazovdur.

"Fateh" kitabında Heydər Əliyevin həyat və fəaliyyəti, fövqəladə rəhbərlik qabiliyyəti, siyasi uzaqgörənliyi, böyük humanizmindən bəhs edilir. Əsərdə qeyri-adi, unikal bir şəxsiyyət olan Heydər Əliyevin misilsiz natiqlik məharəti, intuisiyası, nəhayətsiz fikir dünyası, millilik və ümumibəşəriliyin, bədii duyumlar rasional düşüncənin, sadə görünüşlə mürəkkəb məzmunun vəhdəti işıqlandırılır. Kitabın redaktoru AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, məsləhətçiləri BDU-nun kafedra müdiri Ağalar Abbasbəyli, professor Qafar Cəbiyev və AMİ-nin kafedra müdiri, professor Akkan Suverdir.

X.Niyazovun seçilmiş məqalələrinin toplanmış olduğu "Fəthin yolu" kitabı Azərbaycanı bugünkü inkişaf yoluna gətirib çıxaran Prezident İlham Əliyevin timsalında oxuculara yeni dövr siyasi liderinin dolğun portretini təqdim edir. Publisist, İlham Əliyevin milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığını, intellektual səviyyə, universal bilik və akademik təhsili, dəmir məntiq və möhkəm iradəsini - yetkin siyasi obrazını oxuculara tanıtmağa müvəffəq olub. Kitabın redaktoru AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, məsləhətçiləri Prezident yanında KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, BDU-nun kafedra müdirləri Ramiz Əskər və Rüstəm Məmmədovdur.

Kitabın redaktoru İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, məsləhətçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Nicran Hüseynova, YUNESKO-nun eksperti Vüqar Məmmədov və Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.

Nəfis poliqrafiya məhsulu olan nəşrlər müasir Əliyevşünaslığa dəyərli töhfədir.

NƏZAKƏT

Digər xəbərlər