PDF Oxu

Siyasət

  • 36

Ramil Məmmədli: “Rusiya Azərbaycanı hərbi tərəfdaş kimi görmək istəyir” AÇIQLAMA

Ramil Məmmədli: “Rusiya Azərbaycanı hərbi tərəfdaş kimi görmək istəyir” AÇIQLAMA

"Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşməsinin Suriyada sülhməramlı əməliyyatlarda iştirakı mümkündür". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.Onun sözlərinə görə, məsələyə başqa prizmalardan yanaşmaq olar: "Əlbəttə mən Azərbaycanın da yerləşdiyi regionda sülhün bərqərar olması üçün həyata keçirilən tədbirlərdə bizim də imzamızın olmasını istərdim. Lakin bu BMT çərçivəsində həyata keçirilsəydi daha uyğun olardı. Birincisi, Azərbaycan Rusiyanın lokomotivi olduğu və MBD ölkələri tərəfindən formalaşdırılan hərbi təyinatlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil. İkincisi, MDB Müdafiə Nazirləri Şurası məşvərətçi qurumdur və burada yalnız tövsiyyə verilə bilir. Üçüncüsü isə əgər bu missiyada Ermənistan Ordusunun hərbi birləşməsi təmsil olunacaqsa, Azərbaycan Silahlı Qüvvələrinin orada iştirakı düzgün olmaz. Çünki düşmən hərbçilərin bir səngərdə döyüşməsi mümkün deyil.Digər tərəfdən Rusiya Azərbaycanı hərbi tərəfdaş kimi görmək istəyir. Bu isə sonrakı mərhələdə Azərbaycanın KTMT və ya həmin dövrə qədər yarana biləcək hərbi-siyasi birliyə üzv olması deməkdir. Beləliklə ölkəmiz Rusiyanın tam olaraq təsir dairəsinə düşəcək. Azərbaycan isə son 20 ildə qərbin siyasi və hərbi təsisatları ilə tərəfdaşlıq edir".R.Məmmədli hesab edir ki, Azərbaycan dünyada və regionda gedən proseslərdən toxunulmaz çıxması üçün reallığı düzgün dəyərləndirməli və super dövlətlərin toqquşma nöqtəsi olmasına imkan yaratmamalıdır.

sia.az

Digər xəbərlər