"Dünyada baş verən iqtisadi qlobal böhran Azərbaycana də təsirsiz ötüşməyib. Neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi nəticəsində ölkəmizdə valyuta gəlirlərini azaldıb". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin plenar iclasında büdcə müzakirələri zamanı deyib. O bildirib ki, ölkəyə daxil olan valyuta gəlirlərinin azaldılması nəticəsində Mərkəzi Bankın humanitar siyasəyətinə düzəlişlər edilib.Onun sözlərinə görə, ölkədə aparılan yüksək iqtisadi siyasət nəticəsində dünyada gedən böhranın Azərbaycana mənfi təsirləri mümkün qədər azaldılıb: " Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını qoruyub saxlaya bilib. Gələn ilin büdcəsinı nəzər salsaq görərik ki, layihədə qeyri-neft sektorunun inkişaf etdirilməsi vacib məsələlərdən biri kimi götürülüb. 2017-ci ilin büdcəsində cari illə müqayisədə xərclər azalıb. Lakin buna baxmayaraq, layihənin əvvəlki illərdə olduğu kimi sosialyönümlülüyü saxlanılıb. Gələn ilin büdcəsində müdafiə qüdrətimizin gücləndirilməsi üçün lazımı vəsait ayrılıb".Spiker vurğulayıb ki, 2017-ci ilin büdcə layihəsi parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunub, 35 millət vəkili müzakirələrdə çıxış edib: "Düşünürəm ki, plenar iclasda büdcə ilə aparılan müzakirələr də səmərəli olacaq".
sia.az