"Ötən əsrin sonlarında bəzi ideoloq alimlərin birqütblü dünya nizamı haqqında fikirlərinin əsasının olmadığı məlum idi". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, müşahidələr və təhlillər göstərir ki, birqütblü dünya nizamı adlanan dövr əslində ikiqütblü, ya çoxqütblü dünya nizamına keçid dövrüdür: "Birqütblü dünya nizamının uzunmüddətli olması üçün dövlətlərarası və beynəlxalq münasibətlərdə əsas dəyər ədalətin olmasıdır. O da heyf ki.. Əgər dünyada (beynəlxalq münasibətlərdə) ədalət yoxdursa, digər dəyərlər universal ola bilməz. Çünki bu zaman "dəyərlər"i təzyiq vasitə kimi istifadə edilirlər".
sia.az