PDF Oxu

Siyasət

  • 22

Jalə Əliyeva: "Zorakılıq qurbanları üçün sığınacaqlar yaradılsın"

Jalə Əliyeva: "Zorakılıq qurbanları üçün sığınacaqlar yaradılsın"

"Ümid edirik ki, 2017-ci ilin dövlət büdcəsinin gərginliyi ölkə başçısının tapşırığı ilə həyata keçirilən sosial evlərin tikintisini ləngitməyəcək". SİA-nın xəbərinə görə, bunu millət vəkili Jalə Əliyeva Milli Məclisin plenar icasında gələn ilin büdcəsinin müzakirələri zamanı deyib.Ölkənin bəzi rayonlarında icbari tibbi sığorta ilə bağlı pilot layihələrə başlanıldığını deyən millət vəkili qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi aztəminatlı ailələr üçün vacib oldunu nəzərə alaraq onun daha tez tətbiq olunmasına ehtiyac var.Millət vəkili çıxışı zamanı ölkədə məişət zorakılığına məruz qalan qadınlar üçün xüsusi mərkəzlərin tikilməsini təklif edib: "Çox təəssüf ki , ölkəmizdə hələ də məişət zorakılıq hallarına rast gəlinir. Bəzən qadınlar həyat yoldaşları və ya digələri tərəfindən zorakılığa məruz qalırlar. Onların getməyə yeri olmadığından bu hallar ağır nəticələrə gətirib çıxarırır. Bu baxımdan belə halların qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi mərkəzlər və sığınacaqlar yaradılsa yaxşı olar". J. Əliyeva çıxışı zamanı öllkədə nəqliyyat sektorunun inkişafından da söz açıb. Yükdaşımalar və bu sahədə əldə olunan dividentlər tranzit marşrutlardan faydalanmaq imkanı yaradır. Bundan istifadə üçün infrastruktur yaradılmalı, posedurlar sadələşdirilməlidir. Bu məsələlərin həlli xarici investorları artıra bilər. Beynəlxalıq nəqliyyat dəhlizlərinə çıxış xarici investorları özünə cəlb edən amillərdir. Nəqliyyat sektorunun inkişafı turizmə də öz təsirini göstərə bilər. Azərbaycan- İran dəmir yollarının birləşməsi, Bakı- Tbilisi - Qars dəmir yolunun işə salınması ölkəmizdə turizmin inkişafına daha da müsbət təsir göstərəcək".J. Əliyeva çıxışının sonunda büdcəni dəstəklədiyini bildirməklə yanaşı, həmkarlarını da layihəyə səs verməyə dəvət edib.

sia.az

Digər xəbərlər