Bu gün Bakı Dövlət Universiteti və Qazaxıstan Respublikası Avrasiya Milli Universiteti arasında, "Tələbə mübadilə proqramı" çərçivəsində Azərbaycana gələn bir qrup Qazaxıstanlı tələbə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisinin qonağı olub.SİA-nın məlumatına görə, qonaqları qarşılayan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, ofis rəhbəri Əli Pənahov onlara Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, onun iş prinsipi, fəaliyyət istiqaməti, ofisdə keçirilən müxtəlif yönümlü layihələr, YAP Gənclər Birliyinin regionlardakı fəaliyyəti haqqında geniş məlumat verib.O, eyni zamanda gələn tələbələrə, Azərbaycan və Qazaxıstan Respublikaları arasında ikitərəfli münasibətlərin, sıx və davamlı olmasından danışıb. Tələbələrlə söhbət zamanı Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin günü-gündən inkişaf edən beynəlxalq əlaqələri və o cümlədən iki ölkənin hakim partiyalarının Gənclər Birlikləri arasında olan müxtəlif istiqamətli əməkdaşlıq münasibətlərindən bəhs edilib.Daha sonra qonaqlara Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 4 illik fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
yap.org.az