"2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb. Büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub. Bu, Prezidentin ölkədə apardığı iqtisadi islahatların nəticəsidir". SİA-nın xəbərinə görə, bunu YAP icra-katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin Plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.S.Novruzov bildirib ki, 2016-ci ildə Milli Məclisin qəbul etdiyi qanun və dəyişikliklər iqtisadiyyatın inkişafına, vergi, maliyyə-kredit sisteminin formalaşmasına, eləcə də sosial sahələrə həsr olunub: "Bu müddət ərzində biz 100-lərlə qanun qəbul etmişik ki, bunun nəticəsində Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək".Millət vəkili bildirib ki, aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır: "Bura şəhid ailələri, müharibə veteranları da daxildir. Büdcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Azərbaycan sosial dövlət olduğu üçün bu sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir. Digər sahələrdə isə islahatlar aparılmalıdır. İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl işıq yandırılmalı, bəzi hallarda kiçik sahiblarlar ümumiyyətlə, vergidən azad edilməli, orta sahibkarlıqda isə vergi dərəcələri aşağı salınmalıdır. Bu növbəti il üçün yeni gəlirlərin gətirilməsinə imkan yarada bilər".S.Novruzov qeyd edib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: "Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə saxlanmalı, dogərləri isə düşünürdü ki, gəlirlər Dövlət Neft Fondunda yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək sosial sahəyə diqqət etdi və nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb, 600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyektləri tikildi, yollar, körpülər salındı. Milli Məclisdə oturan insanlar həmişə bunu uğrulu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki, bəziləri tənqidi hissəyə keçiblər. Misal üçün həmkarlarımızdan biri 7 il bundan öncə olan məsələni araşdıraraq idman obyekləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb. İdman Azərbaycanın təbliğidir. Olimpiadada Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarına xidmət edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görə bilərik? Tacikistanda cəmi 1 nəfər medal aldı az qaldılar ona Milli Qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər idmançıları ölkəmizi təbliğ edirlər. Bu baxımdan ölkəmizdə keçirilən I Avropa Oyunları, Formula-1, İslam Həmrəylik Oyunlarına diqqət ayırmalıyıq".Millət vəkili çıxışı zamanı diplomatik korpusların bağlanması ilə bağlı məsələyə də münasibətini bildirib. Onun sözlərinə görə, diplomatik korpusların açılı Milli Məclisin qərarı ilə olur. Onun bağlanması məsələsinə diqqət yetirilməlidir. Çünki səfirliyin fəaliyyət göstərdiyi ölkəyə onun bağlanmasını necə izah edəcəyimizi düşünməliyik. Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistan Azəraycanın strateji tərəfdaşıdır və çox az ölkələrdəndir ki, Ermənistanda səfirliyini açmayıb. Lakin Özbəkistanda hərbi atteşə vəzifəsi ixtixara salınıb. Onlar bu ixtisari heç cür anlaya bilmirlər. Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə onu ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, kimi ixtisar etdiyinə diqqət etməlidir. O cümlədən Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət etməlidir".S.Novruzov dövlət aparatı strukturlarında islahatların aparılmasını təklif edib: "Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə oxşar strukturlar biləşdirilməlidir. Bura özəl strukturlar daxil deyil. Az vəsaitlə daha çox işlər görməliyik".
yap.org.az