Dekabrın 8-də akademik Zərifə Əliyeva adına Liseydə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları" mövzusunda sərgi–konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin 1995-ci ildə şəxsi kitabxanasından M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitablarla tanış olublar.Konfransda liseyin direktoru Mehriban Vəliyeva görkəmli dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.Tədbirdə "Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi" və digər mövzularda məruzələr dinlənilib.
AZƏRTAC