PDF Oxu

Siyasət

  • 37

Jurnalistlər üçün təşkil edilən treninq başa çatıb

Jurnalistlər üçün təşkil edilən treninq başa çatıb

Bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlər başa çatıb.SİA-nın məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin dini mövzuda maariflənməsinin vacib olduğunu söyləyib. QMİ sədri bildirib ki, gələcəkdə universitetlərin birində islam jurnalistikası fakültəsi açmaq niyyətləri var: "Gələcəkdə bu treninqlərdə iştirak edən jurnalistlərin də potensialından bu istiqamətdə yararlanmaq istərdik". Daha sonra treninqdə iştirak edən jurnalistlər fikirlərini bölüşüb, treninqlər zamanı dini mövzular barədə geniş məlumatlar əldə etdiklərini bildirib, gələcəkdə treninqlərin daha yüksək səviyyədə təşkil edilməsi barədə təkliflərini səsləndiriblər.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "reket jurnalistlər"in jurnalistikanı gözdən saldığını və əsl jurnalistikanın xüsusi hörmətə layiq olduğunu qeyd edib.Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə treninqlərin əhəmiyyətindən danışıb. O milli-mənəvi dəyərlərlə bağlı jurnalistlər arasında müsabiqə keçirilməsini təklif edib.Sonra treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.

sia.az

Digər xəbərlər