"Azərbaycanda Ulu Öndər Heydər Əliyevin adı bir sıra məsələlərlə sıx bağlı olduğu kimi, gənclər siyasəti ilə də sıx bağlıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov deyib. Millət vəkili bildirib ki, istər sovet, istərsə də müasir dövrdə gənclər siyasətini araşdırsaq, Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğını görə bilərik: "Hələ sovet dövründə SSRİ-nin ali məktəblərinə göndərilən gənclərin, o cümlədən ordu sahəsində gənc zabitlərin hazırlanması, müstəqillik dövrümüzdə Dahi şəxsiyyətin gənclərlə görüşünü unutmaq mümkün deyil. Ulu Öndər 1993-cü ilin sentyabr ayında Azərbaycanın gərgin dövründə ölkə parlamentində gənclərlə görüşərək onlarla fakir mübadiləsi apardı. Təbii ki ondan sonrakı dövrdə də gənclər siyasəti sahəsində Ümumilli Liderin kifayət qədər diqqət və qayğısı hiss olunur. Bu gün biz rahatlıqla deyə bilərik ki, Azərbaycan gənclər siyasəti nümunəyə çevrilib. Bu da təbii ki, Ulu Öndərin tərəfindən təməli qoyulan siyasət nəticəsində mümkün olub. Biz hər zaman dahi şəxsiyyətin xatirəsini qəlbimizdə yaşadır, Onun idayelarını gənclərə təbliğ edirik. Bu ideyalar nə qədər çox gənclərlə sirayət edərsə, dövlətimiz bir o qədər güclü gələcəyə sahib olacaq".Ş. İsmayılov qeyd edib ki, Ümummilli Liderin qoyduğu möhkəm təməllər əsasında bu gün Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində təhsil alır, gənclərimiz elm festivallarında iştirak edir, ölkəmizdə gənclər forumları keçirilir: "Bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə 32 gənclər mərkəzi, Prezident yanında Gənclərə Dəstək Fondu fəaliyyət göstərir, Gənclər üçün Prezident mükafatı təsis edilib. Bu gün də Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var".
sia.az