PDF Oxu

Siyasət

  • 40

Ekspert strateji yol xəritəsinin üstünlüklərindən danışdı AÇIQLAMA

Ekspert strateji yol xəritəsinin üstünlüklərindən danışdı AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" imzaladığı Fərman mühüm əhəmiyyətə malikdir". Bunu SİA-ya ekspert Arzu Nağıyev deyib.Onun sözlərinə görə, fərmanla 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib: Milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.A.Nağıyev əlavə edib ki, əsas məqsəd əldə olunan nailiyyətləri saxlamaqla onları inkişaf etdirməkdən ibarətdir: "2016-2020-ci illəri əhatə edən və gələcəkdə 2025-ci ilədək hazırlanacaq planlar əsas hədəf kimi nəzərə alınıb.Bir sözlə artıq gələcəyimiz üçün dəqiq bir strateji plan mövcuddur. Əsas məqam məhz Azərbaycan vətəndaşının sosial-iqtisadi həyatının, rifahının daha da yüksək olmasıdır. Bütün bunları yerinə yetirmək üçün təbii ki, neft və qaz sektorunun inkişafı ilə yanaşı, kənd təsərrüfatının da inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, kiçik və orta biznesin inkişafı, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşlılaşdırılması vacib məsələ kimi fərmanda öz əksini tapıb".

sia.az

Digər xəbərlər