"Sözün həqiqi mənasında Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev kimi bir şəxsiyyəti əslində təkcə Azərbaycan üçün yox, elə dünyaya böyük bir elçi kimi göndərdi. Ulu Öndər bütün bunların fövqündə Azərbaycan, ölkə xalqı üçün əlindən gələni etdi. Dahi şəxsiyyət öz sevgisi, məhəbbəti, bağlılığı və çox zəngin siyasi və dövlət xadimi kimi Azərbaycan üçün hər şey etdi". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.Novruz Məmmədovun sözlərinə görə, bu gün bizim yaşadığımız dövlətin, dövlətçilik təməllərinin hamısını Ümummilli Lider Heydər Əliyev qoyub: "Düşünürəm ki, bizlər də onun bir varisləri kimi Azərbaycanın hər bir oğlu, qızı bu yolda əlindən gələni etməlidir ki, bu dövlətçilik həmişə olsun. Heydər Əliyev elə bir böyük şəxsiyyətdir ki, düşünürəm ki, o zaman baxımından bizdən uzaqlaşdıqca ruhən, qəlbən bizə daha yaxın olur. Biz sanki dahi şəxsiyyətlə həmişə bir yerdə yaşayırıq. O isə həmişə bizi yaşadır".Xarici əlaqələr şöbəsinin müdiri əlavə edib ki, Ulu Öndərin qoyduğu bu yol, qurub yaratdığı bu dövlət ən etibarlı əllərdədir: "Təbii ki, onun qoyduğu bu yolda bütün addımlar atılır və bundan sonrada atılacaq. Həm bügünkü iqtidar başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, həm də bütün Azərbaycan xalqı bugün də Ümummilli Liderə öz sədaqətini, ehtiramını, məhəbbətini bildirib və onun qoyduğu yolu daha da möhkəmləndirəcək, uğurlu edəcək və gələcək nəsillərə ötürəcək".
sia.az