Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev-Anım günü" mövzusunda sərgi təşkil edilib. Universitetdən SİA-ya verilən xəbərə görə, sərgidə Ulu Öndərin dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki fəaliyyətini əks etdirən kitablar yer alıb.Eyni zamanda oxu zalında Azərbaycan və rus dillərində müxtəlif elm sahələrinə (neft-qaz, energetika, geologiya, avtomatika, mühəndis riyaziyyatı, üzvi kimya və s.) aid kitablar, dərslik və dərs vəsaitləri nümayiş olunub.ADNSU-nun Əsaslı Kitabxanası mütəmadi olaraq oxucuların kitaba olan təlabatını ödəmək məqsədi ilə açıq rəf üsulu ilə kitabxananın oxu zalında universitetin professor-müəllim heyətinin nəşr olunmuş dərsliklərini, dərs vəsaitlərini, metodik göstərişlərini, laboratoriya işlərini, fənn proqramlarını, gündəlik qəzetləri, jurnalları və kənar mənbələrdən daxil olan digər nəşrləri oxucuların istifadəsinə verir.
sia.az