PDF Oxu

Siyasət

  • 28

Şəmkirdə anım tədbiri keçirilib

Şəmkirdə anım tədbiri keçirilib

Şəmkir rayon icra hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və Şəmkir rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılğı ilə Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi Ümümmilli Lider Heydər Əliyevin vəfat etməsinin 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbir Şəmkir rayonu Heydər Əliyev Mərkəzində keçirilmişdir. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski, YAP Şəmkir rayon təşkilatı gənclər birliyinin sədri Emin İsmayılov, şura və idarə heyyətinin üzvləri, ilk partiya təşkilatı sədrləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın canlı tarixi olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrdə ölkəmiz öz inkişaf yolunu müəyyənləşdirməklə bərabər, həm də sonrakı dövr üçün böyük işlər görmüşdür. Onun siyasi xətti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. F.Vəliyev çıxışında xalqın təkidi və istəyi ilə çox gərgin dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının önəmini yığıncaq iştirakçılarının diqqətinə çatdıraraq vurğulamışdır ki, Ümummilli Lider elə bir məqamda siyasi hakimiyyətə qayıtdı ki, Azərbaycan artıq dünya xəritəsindən silinmə təhlükəsi altında idi.

Tədbirdə YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışdı.

Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı qadınlar şurası sədrinin müavini Qətibə Məmmədova çıxış edərək parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətinin məhvolma təhlükəsindən qoruyub-saxlayan, onu yaşadan və dövlətin bütün atributlarını qurub-yaradan Ümumilli Lider Heydər Əliyevin vətən və xalq qarşısında xidmətlərindən danışmışdır.

Digər xəbərlər