Ulu Öndər elə böyük şəxsiyyət, irsdir ki, onun haqqında qısa danışmaq mümkün deyil. Çünki, Azərbaycanın inkişaf və tərəqqisi məhz Ümummilli liderimizin adı ilə bağlıdır". Bu fikirləri SİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə qayıtmaqla bütün Azərbaycanı xilas etmiş oldu. Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz aça millət vəkili qeyd edib ki, dövlətimizin xilaskarı və qurucusu olan Ulu Öndərin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib: "Ümummilli Liderin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Biz böyük bir şəxsiyyətin müasiri olduğumuz üçün fəxr edirik". "Azərbaycanın inkişaf strategiyasının müəllifi Ulu öndər Heydər Əliyevdir. Bu gün Prezident İlham Əliyev bu strategiyanı uğurla həyata keçirir. Hesab edirəm ki, növbəti illərdə nailiyyətlərimiz daha da artacaq. Bütün uğurlarımızın əsasında Heydər Əliyev siyasətinin təntənəsi dayanır"- deyə, M. İbrahimqızı əlavə edib.
sia.az