PDF Oxu

Siyasət

  • 35

İsa Həbibbəyli: "Ulu Öndərin həyat və fəaliyyəti bir akademiyadır" AÇIQLAMA

İsa Həbibbəyli: "Ulu Öndərin həyat və fəaliyyəti bir akademiyadır" AÇIQLAMA

"Ulu Öndərin həyat və fəaliyyəti bir akademiyadır. Bizim Ulu Öndərdən öyrənəcəyimiz çox şey var". Bu fikirləri SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli deyib.Onun sözlərinə görə, Ümummilli Liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri hələ Sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından və müstəqilliyə doğru ideologiyanın əsaslarını formalaşdırmasından ibarətdir: "Ulu öndərin digər bir misilsiz xidməti isə müstəqil Azərbaycanın təməlini qoymasıdır. Dahi siyasətçi Azərbaycanı təhlükələrdən xilas edib və müstəqilliyimizin əbədiliyini təmin edib"."Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycan və Azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir"- deyə, İ. Həbibbəyli qeyd edib. Millət vəkili əlavə edib ki, Azərbaycanda elə bir sahə olmaz ki, orada Heydər Əliyevin rolu, böyük zəhməti, xidməti olmasın: "İlk növbədə qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan ziyalılarının nailiyyətlərini həmişə yüksək qiymətləndirib. Heydər Əliyev ən ciddi tədqiqatlara, bəlkə də zamanında gündəmə çıxarıla bilməyən tədqiqatlara dəstək verib. Heydər Əliyevin dünya miqyasında qəbul olunmuş böyük şəxsiyyətdir".

sia.az

Digər xəbərlər