"Həyatımın mənalı hissəsinin çoxu Ulu Öndərlə bağlıdır. Ümummilli Liderin məsləhətləri, göstərişləri hər birimiz üçün böyük əhəmiyyət kəsb edirdi". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Ümummilli Liderlə bağlı xatirələrini bölüşərkən deyib.Onun sözlərinə görə, Dahi şəxsiyyət təkcə Azərbaycan üçün deyil, bütün türk, islam dünyası üçün Ulu Öndərdir: "Ümummilli Lider bütün dünyada sayılıb, seçilən öz yeri olan görkəmli ictimai-siyasi xadim idi. Onun adı tarixin bütün dövlətlərin qızıl hərflərlə yazılıb. Mən fəxr edirəm ki, belə bir şəxsiyyətin doğulduğu millətin nümayəndəsi, Onun qurduğu rəhbərlik etdiyi ölkənin vətəndaşıyam".Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır: "Qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar ilk növbədə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır".
sia.az