PDF Oxu

Siyasət

  • 30

Tərtərlilər Umummilli Liderin xatirəsini yad etdilər

Tərtərlilər Umummilli Liderin xatirəsini yad etdilər

Tərtər şəhərinin mərkəzi meydanında Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Minlərlə rayon sakini Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoyub, sonra Onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotostendlərlə tanış olublar. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Daha sonra tədbir dəyirmi masa ətrafında davam etdirilib.

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı məruzə edib: "Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on üç il keçir. Ulu Öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 34 illik bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlıdır. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub. Ulu Öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünyanın və regionun inkişaf etmiş dövlətinə çevrilib. Artıq Azərbaycan regionun iqtisadi və siyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır."

Tədbirin sonunda Umummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Sonra Ulu Öndərin anım günü münasibəti ilə ehsan verilib.

Samir

Digər xəbərlər