PDF Oxu

Siyasət

  • 25

YAP GB Ulu Öndərin anım günü ilə əlaqədar tədbirlərə start verib

YAP GB Ulu Öndərin anım günü ilə əlaqədar tədbirlərə start verib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib.SİA-nın məlumatına görə, onlardan biri də, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üzvlərinin Heydər Əliyev Mərkəzinə ziyarəti olub. Onlara Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə məlumat verilib və YAP GB üzvləri Ulu Öndər Heydər Əliyevin xatirəsinə yaradılan stendlərə, fotosərgilərə tamaşa ediblər. Azərbaycan xalqının Ümummilli Liderinin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olan YAP gəncləri bir daha əmin olublar ki, Ulu Öndər Heydər Əliyev bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni üçün yorulmadan, qətiyyətlə çalışıb. Müasir Azərbaycan dövlətinin banisi və müdrik siyasətçi kimi dünya miqyaslı nüfuza malik olan Heydər Əliyevin əbədiyaşar Liderliyi YAP GB üzvləri tərəfindən qürur və fərəh hissi ilə yad edilib.Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daima gənc nəslin qəlbində yaşayacaq və yaşadılacaq.

yap.org.az

Digər xəbərlər