PDF Oxu

Siyasət

  • 37

"Unudulmaz Xatirələrdə"

"Unudulmaz Xatirələrdə"

Dünən YAP Nəsimi rayon təşkilatı və rayon gənclər birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş "Unudulmaz Xatirələrdə" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq qeyd etdi ki, hər il 12 dekabr xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin Anım Günü qeyd edilir. O, ötən əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış ictimai-siyasi vəziyyətə nəzər salaraq, belə bir şəraitdə Azərbaycan xalqının birləşərək, ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq, təkid və tələblə Ümummilli Liderin hakimiyyətə qayıdışını irəli sürdüyünü diqqətə çatdırdı.

M.İbrahimova bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin bu ənənəni layiqincə davam etdirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisdə Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov Dahi Şəxsiyyət Heydər Əliyevin dövlətin milli maraqlarının qorunmasında, suverenliyinin möhkəmlənməsində, inkişaf etdirilməsində, cəmiyyətdəki demokratikliyinin bərqərar olmasında müstəsna rolu olduğunu bildirdi: "Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, bəxtinə, taleyinə Ümummilli Liderimiz kimi şəxsiyyət düşüb. Mənim Dahi Öndər Heydər Əliyevlə bağlı kifayət qədər xatirələrim var. O illərin ictimai-siyasi prosesləri göz önümdə baş verib".

E.İbrahimov Dahi Öndər Heydər Əliyevin ideyalarının Azərbaycan dövləti durduqca həmişəyaşar olacağını əminliyini ifadə etdi:"Bu gün Onun siyasi kursunu ölkə Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin nəinki Azərbaycanın, ümumiyyətlə, regionun siyasi lideri olduğunu ortaya qoymuşdur".

Tədbirdə çıxış edən -Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov istər elm, istər iqtisadiyyat sahəsindəki nailiyyətlərin, ümumilikdə Azərbaycanın tanınmış ölkələr sırasında adının çəkilməsinin Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində nail olduğumuzu bildirdi.

1 saylı Bakı "ASAN xidmət" Mərkəzinin direktoru Labidə Batıyeva Ulu Öndər Heydər Əliyev kimi nadir dühanın XX əsrin son onilliyində baş verən ictimai-siyasi proseslərin Azərbaycan dövlətinə, xalqın həyat tərzinə böyük bir zərbə endirdiyi zamanda hakimiyyətə qayıdışını yaranmış mövcud halların qısa bir müddətdə aradan qaldırılmasına səbəb olduğunu bildirdi.

NƏZAKƏT

Digər xəbərlər