Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım Günü ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin başçısının müavini Naibə Mustafayeva, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov, YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, Qarabağ müharibəsi əlili Ramil Nağıyev, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, ölkənin iqtisadi inkişafının yüksəlməsi sahəsində titanik fəaliyyətindən, ölkəmizin beynəlxalq miqyasda tanınması və dünya birliyinə inteqrasiya etməsində Dahi Şəxsiyyət Heydər Əliyevin gördüyü işlərdən söz açıblar: "Ulu Öndər 13 ildir ki, cismani cəhətdən aramızda olmasa da, Onun ideyaları yaşayır və Azərbaycan xalqını qələbədən-qələbəyə aparır. Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Dünyanı bürüyən iqtisadi böhran şəraitində Azərbaycanda həyata keçirilən çevik islahatlar nəticəsində ölkəmiz dinamik inkişafını davam etdirir. İndi Azərbaycan mötəbər beynəlxalq tədbir və yarışlara ev sahibliyi edən, dünyada multikultural dəyərlərə söykənən, tolerantlıq mühitinin bərqərar olduğu bir ölkə kimi tanınır".
ZÜMRÜD