PDF Oxu

Siyasət

  • 31

Mübariz Əhmədoğlu: “İsrail Azərbaycana kömək etmiş bir dövlətir” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “İsrail Azərbaycana kömək etmiş bir dövlətir” AÇIQLAMA

"Ümumiyyətlə İsrailin baş naziri Benjamin Netanyahonun Bakıya səfərində heç bir qaranlıq məsələ yoxdur. İsrail parlamentli respublikadır. Ona görə də orada baş nazirin səlahiyyətləri daha böyükdür". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, bu gün İsrail dövləti Azərbaycanla münasibətləri normalaşdırmağı əsas meyar tutur: "İsrail Azərbaycana kömək etmiş bir dövlətir. Yəni ABŞ-dakı yəhudi lobbisi daim Azərbaycanın maraqlarıı müdafiə edib. Əgər Azərbaycanın maraqları bu qədər müdafiə olunmasa idi erməni lobbisi ABŞ-Azərbaycan münasibətlərini çox pis günə salmışdı. Bu gün dünyanı idarə edən ABŞ-dır. Rəsmi Amerika dünyanın bir nömərli dövlətidir. Bu heç kimə sirr deyil. Hətta İranda başa düşür ki, dünyanı Amerika idarə edir. Bu gün İran gedib ABŞ-dakı erməni lobbisi ilə iş qurur. İndi ABŞ-dakı erməni lobbisi 4-5-ci yerdədir. Amma Amerikadakı yəhudi lobbisi 1-ci yerdədir. İran özü gedib erməni lobbisinə yalvarır ki, mənimlə əməkdaşlıq et. Lakin ABŞ-dakı yəhudi lobbisi özü bizə müraciət edirki əməkdaşlıq edək".M.Əhmədoğlu əlavə edib ki, hal-hazırda erməniləri ən çox qorxudan səbəblərdən biri İsrailin baş naziri Benjamin Netanyahonun Bakıya səfəridir: "Ermənilər burada pərdəarxası məqamlar axtarmalıdır. Ermənilərin fikrincə, aprel döyüşlərində Azərbaycanı qalib çıxardan İsrailin müasir silahlarıdır".

sia.az

Digər xəbərlər