Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver Türkiyənin çoxtirajlı "Milliyyət" qəzetində "Heydər Əliyevin Atatürk sevgisi" sərlövhəli məqalə ilə çıxış edib.Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə qarşısında tarixi xidmətləri barədə türkdilli oxuculara geniş məlumat verən A.Suver Ulu Öndərimizin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı yolunda həyata keçirdiyi böyük işlərdən bəhs edir. Məqalədə Heydər Əliyevin Türkiyəyə tarixi səfərləri ilə bağlı məqamlara, Mustafa Kamal Atatürk barədə söylədiyi fikirlərə yer verilib. A.Suver Azərbaycanda Atatürk Mərkəzinin açılmasını ulu öndər Heydər Əliyevin Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə sevgisinin bariz nümunəsi kimi dəyərləndirib.
AZƏRTAC