PDF Oxu

Siyasət

  • 36

BSU-da Ümummilli Liderin anım mərasimi keçirilib

BSU-da Ümummilli Liderin anım mərasimi keçirilib

Bakı Slavyan Universitetində Ümummilli Llider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Əvvəlcə universitetin foyesində Ulu Öndərin büstü önünə əklil qoyulub, Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən universitetin rektoru, professor Nurlana Əliyeva xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixindəki əvəzsiz xidmətlərindən söz açıb: "Ulu Öndər Heydər Əliyevin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasının təmin edilməsi üçün mühüm işlər görülüb. Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti bu gün bütün dünyada tanınır. O, qabaqcıl dünya ölkələrinin prezidentlərinə siyasi dərs verməyə qadir böyük siyasi Lider idi. Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin qoyub getdiyi siyasi yolu ləyaqətlə davam etdirir".

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, BSU ərazi ilk partiya təşkilatının sədr əvəzi Rəşad Abbaszadə, BSU-nun YAP Gənclər Birliyinin sədri Elcan Məmmədov və Filologiya və xarici dil müəllimliyi fakültəsinin III kurs tələbəsi Aytəkin Xəlilova çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövlətçiliyin qorunub saxlanması istiqamətində gördüyü işlərdən danışıb.

Sonda Leninqrad blokadası iştirakçısı, dosent İrina Qədimova Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi şeiri mərasim iştirakçıları üçün səsləndirib.

ZÜMRÜD

Digər xəbərlər