PDF Oxu

Siyasət

  • 43

Politoloq: "Sarkisyan ictimaiyyətin fikrini problemlərdən yayındırmağa çalışır" AÇIQLAMA

Politoloq: "Sarkisyan ictimaiyyətin fikrini problemlərdən yayındırmağa çalışır" AÇIQLAMA

"Ermənistanın danışıqlardan uzaqlaşması və müharibə ritorikasına keçməsi Rusiyanın təsiri ilə bağlıdır. Rusiya ilə birgə qoşun qüvvələrinin yaradılması və bu ölkədən silah almalarından sonra guya özlərini güclənmiş sayır və təhdidlər yağdırırlar. Serj Sarkisyanın mövqeyi gülməli, dedikləri cəfəngiyyatdır. Görünür ki, Ermənistan Rusiyadan qulaqburması almayınca ritorikadan əl çəkməyəcək". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.O qeyd edib ki, S.Sarkisyan hiyləgərliklə Ermənistan ictimaiyyətinin fikrini ölkədə olan problemlərdən yayındırmağa çalışır: "S.Sarkisyanın prezidentlik müddəti başa çatmaq üzrədir. O, konstitusiyanın dəyişdirilməsinə əl atıb, parlamentar respublika yaratmaq istəyir. İndi də müharibə ritorikası ilə xalqın fikrini ölkədə olan problemlərdən yayındırmaq niyyətindədir. S.Sarkisyan xaricdə düşmən obrazı formalaşdırmaqla xaqlı öz ətrafında səfərbər etməyə çalışır. İnandırıcı deyil ki, Ermənistan cəmiyyəti onun növbəti yalanlarını həzm edə bilsin. Çünki onlar indiyədək S.Sarkisyandan xeyli yalanlar eşidiblər. S.Sarkisyan siyasi hakimiyyətini qoruyub saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə etməklə manevr edir. Ona görə o, belə avantüralar fikirləşib ictimai dövriyyəyə buraxır".

sia.az

Digər xəbərlər