"Azərbaycan-İsrail münasibətləri heç zaman üçüncü dövlətə qarşı yönəlməyib. Əksinə, iki ölkə arasındakı əlaqələr İsrailin bəzi ölkələrlə olan gərgin münasibətlərini yumşalda bilər". Bunu SİA-ya millət vəkili Musa Qasımlı İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərinə münasibət bildirərkən deyib.Yəhudi və Azərbaycan xalqları arasında münasibətlərin dərin kökləri olduğunu deyən millət vəkili söyləyib ki, yəhudilər özlərini Azərbaycanda daim rahat hiss ediblər: "Hətta Sovet dövründə antisemitizmin olduğu bir zamanda yəhudilər Azərbaycanda rahat şəkildə yaşayıb və işləyiblər. Bu baxımdan xaricə köçən yəhudilər hətta Azərbaycanı heç zaman unutmur, Azərbaycanı daim özlərinə vətən hesab edirlər".M. Qasımlı qeyd edib ki, İsrailin Baş naziri Bakıya səfəri iqtisadi, siyasi, texniki, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir: "Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər".
sia.az