Milli Məclisin deputatı Rauf Əliyev "SƏS" qəzetinə açıqlamasında İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbyacana səfərinə münasibət bildirib. İki dövlət-Azərbaycan və İsrail arasındakı münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini bildirən R.Əliyev qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netahyahunun Azərbaycana səfəri və səfərin yekunları, bir daha göstərdi ki, iki dövlət və xalqlar arasındakı dostluq və qardaşlıq münasibətləri yüksək səviyyəyə çatmışdır: "Azərbaycanda əsrlər boyu mövcud olan multikulturalizm ənənələri yəhudilərin min illər boyu azərbaycanlılarla bərabər rahat, dostluq və qardaşlıq şəraitində yaşamağını təmin etmişdir. Bu səfər iki ölkə arasında iqtisadi, siyasi, texniki, hümanitar, müdafiə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan və yəhudi xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi nöqteyi-nəzərindən böyuk əhəmiyyətə malikdir. Səfər zamanı müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqavilələrinin baglanması, iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına şərait yaradacaqdır".
Millət vəkili R.Əliyev onu da bildirib ki, dövlətlərarası münasibətlərin mövcud vəziyyəti və perespektivləri həm regionda, həm də dünyada təhlükəsizliyin və sabitliyin bərpa olunmasına xidmət edəcəkdir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın başqa dinə və mədəniyyətə sahib İsraillə münasibətlərinin belə yüksək səviyyəyə çatması yaxın Şərqdə, eləcə də, bütün dünyada dövlətlər və xalqlararası münasibətlərin tənzimlənməsi üçün bir nümunədir".
Samir