PDF Oxu

Siyasət

  • 27

Niyaməddin Orduxanlı: "Əli Kərimli ifşa olundu" AÇIQLAMA

Niyaməddin Orduxanlı: "Əli Kərimli ifşa olundu" AÇIQLAMA

"Almaniyada yaşayan Sabir Rüstəmxanlının qardaşı Əlövsət bəyin Əli Kərimlinin mühacir biznesi ilə bağlı yazdığı statusu oxudum. Hər zaman ölkə mediasına açıqlamam da demişdim və bu günə qədər onlarla fakt olub ki, Əli Kərimli "siyasi mühacir" bisnesindən yaxşıca pul qazanır." Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, Əli Kərimli bu gün evdə oturub daha çox iki sahədə pul qazanır: "Həm "siyasi məhbus", həm də "siyasi mühacir" biznesindən yaxşıca pul qazanır. Avropada yaşamaq istəyən gənclərə partiya arayışı satır. Onları yaxşı yaşamaq adı ilə Avropaya göndərir. Əlövsət bəy hal-hazırda Almanuyada yaşayır. Özü bunun şahidi olub ki, bir gənc Almaniyada ona yaxınlaşıb və Almaniya hökümətindən şikayət edib, deyib ki, mən müxalif partiyasının üzvüyəm. Almaniya höküməti mənə qaçqın statusu vermir. İmtina qərarı alandan sonra birinci məhkəməni də uduzub. Qəzetdə müxalifətçi olmağım haqqında yazı da çap olunub. Amma Alman höküməti baxmır. Əlövsət bəy ondan sorusub ki, hansı müxalifət partiyasının üzvüsən və sədrin kimdir? O da cavab verib ki, Əli Kərimlinin partiyasının üzvüyəm. Bu fakt onu göstərir ki, bu cür gəncləri Əli Kərimli aldadır. Bu gənclər ölkənin siyasi həyatı ilə bğlı heç bir məlumata malik deyillər. Sadəcə Əli Kərimliyə pul verib, arayış alırlar və fikirləşirlər ki, bu arayışla da gedib Almaniyadan və başqa Avropa ölkələrindən status ala bilərlər. Bütün bunları Əlösət bəy özünün facebook statusunda qeyd edib".

sia.az

Digər xəbərlər