PDF Oxu

Siyasət

  • 33

"ASAN Viza” portalının təqdimat mərasimi keçirilir YENİLƏNİR

"ASAN Viza” portalının təqdimat mərasimi keçirilir YENİLƏNİR

Bu gün "ASAN Viza" portalının təqdimat mərasimi keçirilir. SİA-nın məlumatına görə, hazırda test rejimində fəaliyyət göstərən "ASAN Viza" portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək.Artıq əcnəbilər evlərindən çıxmadan, növbədə gözləmədən, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər. Təqdimat mərasimində bildirilib ki, portalın yaradılmasında məqsəd Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir. Ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək. Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin birnəfərlik, ailə (ən az 2 ən çox 10 nəfər) və qrup şəkilində (ən az 10 ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.Qeyd edək ki, "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində "ASAN Viza" sisteminin yaradılması təmin edilib.

sia.az

Digər xəbərlər