"Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün keçirilən plenar iclasda İnzibati Xətalar Məcəlləsinə avtomobilin parklanması ilə bağlı dəyişikliklər edilməsi təklifinin müzakirəsi zaman deyib.Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı ediləcək dəyişikliklər bu pulların dövlət büdcəsinə yönəlməsinə şərait yaradacaq.Millət vəkili çıxışında məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik vaxt limitinin tətbiq edilməsini də təklif edib.Valideyinlər övladlarını məktəbə apararkən avtomobildən düşüb onu məktəbə qədər ötürdüyünü deyən F. Ağamalı bildirib ki, bu müddət insanlar cərimə olunmamalıdır: "Valideyin uşağı məktəbə qoyub qayıdanda görür ki, avtomobili qanunsuz saxladığına görə evakuator tərəfindən aparılıb. Bu baxımdan düşünürəm ki, insanlar bu cür cərimələrə məruz qalmamalıdır. Bunun üçün məktəblərin qarşısında avtomobillərin saxlanmasına 15 dəqiqəlik icazə verilməlidir".
sia.az