PDF Oxu

Siyasət

  • 20

Mübariz Əhmədoğlu: “Həmsədrlərin yubanmağına heç bir ehtiyac yoxdur” MÜNASİBƏT

Mübariz Əhmədoğlu: “Həmsədrlərin yubanmağına heç bir ehtiyac yoxdur” MÜNASİBƏT

"Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində nə edəcəyini bilmir. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını bütün tarixləri boyu əldə etdikləri ən böyük qənimət hesab edirlər və ona görə də bunu əldən buraxmaq istəmirlər". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Ermənistan rəhbərliyi həm də başa düşür ki, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT MQ-nin məqsədi bu torpaqların Azərbaycana qaytarılmasıdır: "Çünki BMT, ATƏT Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün işğal olunmuş əraziləri Azərbaycanın ərazisi hesab edirlər. Ermənistanın mövqeyində belə ziddiyyətli rəngarəngliyi S.Sərkisyanın "MİA-Novosti"yə verdiyi müsahibədə göstərdi. S.Sərkisyanın müsahibəsində Dağlıq Qarabağ tənzimlənməsi reallığa yaxın əks olunub. S.Sərkisyan 7 rayonun Azərbaycana qayıtmasından danışır, "əhali" termini işlədir, Dağlıq Qarabağın statusu ilə bağlı keçirilən referendumda Dağlıq Qarabağdan qovulmuş azərbaycanlıların iştirakını mümkün hesab edir. Amma həmin S.Sərkisyan E.Nalbandyana ATƏT MQ həmsədrlərinin təklif etdiyi Hamburqda "3+2" formatında iştirak etməyə icazə vermədi. E.Nalbandyan vaxtında prezident S.Sərkisyanla görüşdü.S.Sərkisyan Xarici İşlər Nazirlərinin nəzərdə tutduğu bütün tədbirlərə icazə verdi. Əgər S.Sərkisyan Hamburqda "3+2" formatına icazə versəydi, E.Nalbandyan bunu dərhal açıqlayardı və iştirak edərdi. Bir tərəfdən reallığa yaxın bəyanatlar verən S.Sərkisyan digər tərəfdən ölkəsini həmsədrlərlə danışıqdan yayındırdı. S.Sərkisyan özü də Azərbaycan Prezidenti ilə görüşdən imtina etmişdi. Ən paradoksal hadisə isə məhz Hamburq ministerialının başladığı gün baş verdi. S.Sərkisyan Hamburqda dinc danışıqlara yardım etmək, prezidentlərin görüşünə hazırlıqla bağlı təkliflər göndərmək əvəzinə hərbi eskalasiya ilə məşğul oldu. Sünikdə hərbi bazanın açılışında iştirak etdi və oradan da Dağlıq Qarabağa gələrək orada hərbi tədbirlərə rəhbərlik etdi. Bu, Ermənistan prezidenti S.Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməyə hazırlaşmadığını sübut edir. O yalnız müharibəyə ümid edir ki, hərbi təxribatlara əl atmaqla kimlərinsə diqqətini özünə və yaxud regionu müharibəyə sürükləməklə qonşu dövlətləri şantaja cəlb edə bilər. Yaranmış vəziyyətdə ATƏT MQ həmsədrlərinin yubanmağına heç bir ehtiyac yoxdur. Onların hazırladığı, yaydığı bəyanat Ermənistanın mövqeyinə dinc danışıqlar dövründə vurulmuş ən ciddi zərbədir. Amma gecikmiş addımdır. Ona görə indi addımlar sürətlənməlidir. Ən azı üç addımı hal-hazırda biz çox vacib hesab edirik:ı. Ermənistanın ATƏT MQ həmsədrləri adından bəyanatlar verməsi praktikasına son qoyulmalı, Ermənistanın hər bir bəyanatına ATƏT MQ həmsədrlərindən konkret reaksiya verilmədir. Əgər S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsində əhalinin iştirak edəcəyini bildirirsə bunu niyə həmsədrlər deməməlidir? "Yalnız Dağlıq Qarabağ azərbaycanlıları qayıtdıqdan sonra Dağlıq Qarabağın statusu müəyyən olunacaq" fikri niyə həmsədrlər tərəfindən deyilməməlidir?ıı. Dağlıq Qarabağa gedərkən həmsədrlər özləri ilə Dağlıq Qarabağ azərbaycanlılarından ibarət nümayəndə heyəti aparmalı və Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının dialoqunu təşkil etməlidir. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa getməsinə icazə verməyəcəyi təqdirdə ATƏT MQ həmsədrləri də Dağlıq Qarabağa ayaq basmamalı, o de-fakto rəhbərliklə görüşməməlidir. İcmalar arası dialoqun qurulması üçün variantlar axtarmalıdırlar.ııı. Münaqişənin hərbi yoldan başqa həllinin olmadığını həmsədrlər başa düşüblər. Ona görə Azərbaycan torpaqlarının erməni işğalından azad olunması istiqamətində hərbi addımların müzakirəsi başlanmalıdır. ATƏT MQ və ATƏT-in hərbi planlaşdırma missiyasının iştirakı ilə Azərbaycanda Milli Ordu, Sərhəd Qoşunları və Daxili Qoşunların iştirakı ilə hərbi əməliyyatlar planı hazırlanmalı və ATƏT-in hərbi planlaşdırma missiyasının distansion nəzarəti ilə Azərbaycanın Birləşmiş Qoşun Qrupu bu əməliyyatları reallaşdırmalıdır. Belə hərbi vəziyyət Ermənistan tərəfindən anlayışla qarşılanacaq. Çünki başqa variantda S.Sərkisyan torpaqları geri qaytarmayacaq. S.Sərkisyanın torpaqları geri qaytarmasını xalqa "əsaslandıra" bilməlidir. Erməni xalqının beyninə beynəlxalq hüquq və s. belə şeylər təsir edən deyil. S.Sərkisyan erməni xalqını inandırmalıdır ki, gəldilər, güc yolu ilə torpaqlarını geri aldılar, bizim gücümüz çatmadı. Millət olaraq qırılmağa getmək istəyiriksə mən hamıdan qabaqda olmaqla gedək. Yalnız bu halda Ermənistanda əhalinin radikal qızışmış hissəsi sakitləşəcək".

sia.az

Digər xəbərlər